Diş həkimi pasiyentin pulunu niyə qaytarmır? AÇIQLAMA | Icma.az
Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq. Bakıda tanınmış diş həkiminin pasiyentdən 1500 manat alıb qaytarmadığı iddia olunur.Metbua
İddiaya görə, diş həkimi Zeynal Allahyarov pasiyenti Səbinə Əliyevadan müalicə üçün ilkin ödəniş alıb.
Pasiyent klinikadan çıxan zaman isə başqa pasiyent həmin həkimi şikayətə gəlib və o da pulunu geri ala bilmədiyini deyib.
Belə olan halda Səbinə Əliyeva müalicə fikrindən daşınıb və bu qərarını həkimə bildirib. Dr.
Zeynal Allahyarov isə sabah ödənilən məbləği geri qaytaracağını söyləyib.Şikayətçi qeyd edir ki, üstündən iki aya yaxın keçməsinə baxmayaraq, hələ də həkimdən ödədiyi pulu geri ala bilməyib.Onun sözlərinə görə, diş həkiminin aldatdığı pasiyentlərin sayı kifayət qədər çoxdur.
Səbinə Əliyeva məsələ ilə bağlı polisə də müraciət etdiyini bildirib.Metbuat.az adıçəkilən diş həkimi Zeynal Allahyarov ilə əlaqə saxlayıb.
O, saytımıza verdiyi açıqlamada bildirib ki, həmin pasiyent endirim vaxtı qeydiyyata yazılıb.
Sonra müayinə olunub, ölçüləri alınıb və ona müvəqqəti dişlər hazırlanıb.
Tam oxu
Xəbəri oxu