Icma.az
close
up
RU
Diş həkimi pasiyentin pulunu niyə qaytarmır? AÇIQLAMA

Diş həkimi pasiyentin pulunu niyə qaytarmır? AÇIQLAMA

Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

Bakıda tanınmış diş həkiminin pasiyentdən 1500 manat alıb qaytarmadığı iddia olunur.

Metbuat.az xəbər verir ki, bu barədə pasiyent sosial şəbəkədə məlumat yayıb.

İddiaya görə, diş həkimi Zeynal Allahyarov pasiyenti Səbinə Əliyevadan müalicə üçün ilkin ödəniş alıb. Pasiyent klinikadan çıxan zaman isə başqa pasiyent həmin həkimi şikayətə gəlib və o da pulunu geri ala bilmədiyini deyib. Belə olan halda Səbinə Əliyeva müalicə fikrindən daşınıb və bu qərarını həkimə bildirib.
Dr. Zeynal Allahyarov isə sabah ödənilən məbləği geri qaytaracağını söyləyib.

Şikayətçi qeyd edir ki, üstündən iki aya yaxın keçməsinə baxmayaraq, hələ də həkimdən ödədiyi pulu geri ala bilməyib.

Onun sözlərinə görə, diş həkiminin aldatdığı pasiyentlərin sayı kifayət qədər çoxdur. Səbinə Əliyeva məsələ ilə bağlı polisə də müraciət etdiyini bildirib.

Metbuat.az adıçəkilən diş həkimi Zeynal Allahyarov ilə əlaqə saxlayıb.

O, saytımıza verdiyi açıqlamada bildirib ki, həmin pasiyent endirim vaxtı qeydiyyata yazılıb. Sonra müayinə olunub, ölçüləri alınıb və ona müvəqqəti dişlər hazırlanıb. Lakin sonradan xanım müalicədən imtina edib və başqa həkimlə davam edəcəyini söyləyib:

“Neçə aydır vəkillə sənədlər hazırlamışıq və üç-dörd günə məhkəməyə müraciət edəcəyik. Hüquqi yolla nə qədər pul qaytarmalıyıqsa, hamısı ekspert rəyi əsasında təyin olunacaq. Məhkəmə nə qərar verəcəksə, hər bir Azərbaycan vətəndaşı kimi borcumuzu ödəyəcəyik. Xanım pulun hamısını istəyir. Amma burada işlənən materiallar, görülən işlər var, ölçü götürülübsə, laboratoriya tərəfi var, oradan da materiallar alınıb. Ona görə bu məsələnin ən gözəl yolu qanunlar çərçivəsində həll olunmasıdır”.

Həkim sosial şəbəkələrdə özü haqqında paylaşılan yazılardan da xəbərdar olduğunu qeyd edib:

“Hamı özünə sərf edəni danışır, özünü haqlı sayır. “Facebook”da da paylaşıblar. Heç kim fikirləşmir ki, məsələnin o biri tərəfi də ola bilər. Mənim də ailəm, uşağım var, qohum-əqrabam var. Məni tanımayanlar belə rəy bildirib. Vəkilimə demişəm ki, ora yazanların hamısı haqqında hüquqi tədbir görülsün. Mən heç kimin sağlamlığına zərər yetirməmişəm. Məsələ pul məsələsidirsə, o da qanun necə desə, əməl olunacaq. Bizim tərəfimizdən xanıma 22 düzəltmə diş hazırlanıb, hansı ki, biri 30 manatdır. İşin texniki tərəfi təxminən 680 manat edib. Xanıma məhkəmədə təklif olunacaq ki, 600 manatı çıxılsın, 900 manatı isə ona qaytarılsın. Gələn həftəyədək Xətai Rayon Məhkəməsinə sənədlər veriləcək”.

Z.Allahyarov onu da əlavə edib ki, xanım polisə şikayət etdiyini desə də, ona heç bir hüquq-mühafizə orqanından zəng gəlməyib.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 31 Yanvar 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri