Dişləri korlayan 5 YAYILMIŞ SƏHV | Icma.az
Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Diş çürükləri ilə diş əti xəstəlikləri ölkəmizdə və dünyada ən geniş yayılmış xəstəliklər arasındadır.
Bəs sağlam diş və diş ətinə sahib olmaq üçün nələrə diqqət etmək lazımdır? Ailem.az bununla bağlı məsləhətləri diqqətinizə çatdırır.
Dişdən alət kimi istifadə etməyin Dişləri alət olaraq istifadə etmək səhv vərdişlərdən biridir.
Dişlə paketləri açmaq, etiket qoparmaq, müxtəlif şüşələrin açılmasında istifadə etmək travmaya, incəlmiş diş kənarlarında qopmalara, varsa, protezlərin çıxmasına və qırılmasına yol aça bilir.
Dişləri sıxmaq və xırçıldatmaq Dişləri sıxmaq və xırçıldatmaq adətən stresslə bağlı edilən çox yayılmış bir davranışdır.
Xüsusilə gecə yuxuda diş sıxmaq və xırçıldatmaq dişlərdə aşınmalara, diş əti çəkilmələrinə və kök birləşim bölgəsində diş maddəsi itkisinə səbəb olur.
Bir müddət sonra dişlərdə yaranan bu ciddi maddə itkiləri dişlərdə həssaslıq yaradır.
Tam oxu
Xəbəri oxu