Icma.az, Oxu.az portalına istinadən məlumat yayır. Çoxumuz dizlərdə xırçıltı hadisəsi ilə qarşılaşmışıq. Bəs bu narahatlıq üçün səbəbdirmi?
Oxu.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, rusiyalı osteopat həkim Dmitri Simkin bununla bağlı danışıb.
Mütəxəssis bəzi hallarda, xüsusilə də yeni başlayan idmançılarda xırçıltının normal hesab olunduğunu bildirib.
"Lakin səslər adi gəzinti zamanı, xüsusilə bir dizdə yaranırsa, bu ciddi problemlərin əlaməti ola bilər", - deyə o xəbərdarlıq edib.
Mütəxəssisin sözlərinə görə, dizlərdə xırçıltı çox vaxt yastı pəncəlik, artroz və artrit kimi xəstəlikləri göstərir.
"Artroz fiziki aktivliyin çatışmazlığı, artıq çəki və zədələr səbəbindən inkişaf edir.
Bu, oynağın qan təchizatı və qidalanmasının pozulması ilə əlaqədardır.
Artrit isə iltihab nəticəsində yaranır, bu da autoimmun və infeksion patologiyalar, podaqra və digər maddələr mübadiləsi pozğunluqlarının nəticəsi ola bilər".