Dizlərdəki xırçıltının səbəbləri açıqlandı
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Çoxumuz dizlərdə xırçıltı hadisəsi ilə qarşılaşmışıq. Bəs bu narahatlıq üçün səbəbdirmi?
Oxu.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, rusiyalı osteopat həkim Dmitri Simkin bununla bağlı danışıb.
Mütəxəssis bəzi hallarda, xüsusilə də yeni başlayan idmançılarda xırçıltının normal hesab olunduğunu bildirib.
"Lakin səslər adi gəzinti zamanı, xüsusilə bir dizdə yaranırsa, bu ciddi problemlərin əlaməti ola bilər", - deyə o xəbərdarlıq edib.
Mütəxəssisin sözlərinə görə, dizlərdə xırçıltı çox vaxt yastı pəncəlik, artroz və artrit kimi xəstəlikləri göstərir.
"Artroz fiziki aktivliyin çatışmazlığı, artıq çəki və zədələr səbəbindən inkişaf edir. Bu, oynağın qan təchizatı və qidalanmasının pozulması ilə əlaqədardır. Artrit isə iltihab nəticəsində yaranır, bu da autoimmun və infeksion patologiyalar, podaqra və digər maddələr mübadiləsi pozğunluqlarının nəticəsi ola bilər".
Həkim bildirib ki, yastı pəncəlik - xırçıltının digər mümkün səbəbidir.
"Bu halda ortoped və ya osteopata müraciət etmək lazımdır. Ortopedik müalicə xüsusi təlimatlara əməl etməyi və oynağın vəziyyətini yaxşılaşdırmaq üçün dərmanların qəbulunu əhatə edir. Osteopatiya fassiyaların gərginliyinin aradan qaldırılmasına, həmçinin pəncə və baldır sümüklərinin vəziyyətinin normallaşdırılmasına yönəlib ki, bu da qan təchizatını bərpa etməyə, dərman müalicəsinin effektivliyini artırmağa imkan verir" - deyə həkim izah edib.
Baxış sayı:124
Bu xəbər 04 Fevral 2025 00:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















