DMA daha 112 nəfəri peşə hazırlığına cəlb edib

31.01.2025

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 112 işsiz şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslara cəlb edilib.

Bu barədə Bakıvaxtı.az-a agentlikdən məlumat verilib.

Bildirilib ki, kurslar Agentliyin Bakı, Gəncə, Göyçay və Qarabağ Peşə Hazırlığı Mərkəzlərində təşkil olunub.

Müdavimlərə nəzəri və praktiki biliklər tədris olunur. İşəgötürənlərlə əməkdaşlıq edilməklə təşkil olunan kursları uğurla başa vuran şəxslərin işlə təminatı da həyata keçiriləcək.

Hazırda ümumilikdə Agentlik tərəfindən 175 prioritet istiqamət üzrə hazırlıq kursları təşkil olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью