DMA daha 112 nəfəri peşə hazırlığına cəlb edib
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 112 işsiz şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslara cəlb edilib.
Bu barədə Bakıvaxtı.az-a agentlikdən məlumat verilib.
Bildirilib ki, kurslar Agentliyin Bakı, Gəncə, Göyçay və Qarabağ Peşə Hazırlığı Mərkəzlərində təşkil olunub.
Müdavimlərə nəzəri və praktiki biliklər tədris olunur. İşəgötürənlərlə əməkdaşlıq edilməklə təşkil olunan kursları uğurla başa vuran şəxslərin işlə təminatı da həyata keçiriləcək.
Hazırda ümumilikdə Agentlik tərəfindən 175 prioritet istiqamət üzrə hazırlıq kursları təşkil olunur.

600 nəfər peşə hazırlığına cəlb olunub
25 Noyabr 2024 15:14
Peşə hazırlığına cəlb olunmuş şəxslərin təqaüdləri artırıldı
10 Mart 2025 11:41
Qarabağ Peşə Hazırlığı Mərkəzində 600 nəfər peşə hazırlığına cəlb olunub
25 Noyabr 2024 14:58
Bu il 600 nəfər peşə hazırlığına cəlb olunub
25 Noyabr 2024 14:59

