DMX ə qəbul imtahanında dəyişiklik olacaq

20.11.2026

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dövlət Miqrasiya Xidmətinə (DMX) qəbul imtahanının sual bölgüsündə dəyişiklik ediləcək.

Gununsesi.info xəbər verir ki, 2026-cı ildə keçiriləcək dekabrın 4-dən sonrakı qəbul imtahanlarında Azərbaycan dili fənni üzrə suallar olmayacaq.

Yeni qaydalara əsasən, namizədlərə ümumilikdə 100 sual təqdim ediləcək. Sualların bölgüsü belə olacaq:

Qanunvericilik – 50 sual; Məntiq – 20 sual; Dünyagörüşü – 15 sual; Emosional zəka – 15 sual.

Beləliklə, Azərbaycan dili üzrə 15 sual imtahandan çıxarılacaq, onların yerinə emosional zəka üzrə 15 sual əlavə ediləcək.

Qeyd edək ki, dekabrın 4-də keçiriləcək qəbul imtahanında isə əvvəlki qaydalar qüvvədə qalacaq. Namizədlərə qanunvericilikdən 50, məntiqdən 20, Azərbaycan dilindən 15 və dünyagörüşündən 15 sual veriləcək.

Yeni qaydalar dekabrın 4-dən sonra keçiriləcək qəbul imtahanlarında tətbiq olunacaq.

Vüsal 

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью