DMX ə qəbul imtahanında dəyişiklik olacaq
Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dövlət Miqrasiya Xidmətinə (DMX) qəbul imtahanının sual bölgüsündə dəyişiklik ediləcək.
Gununsesi.info xəbər verir ki, 2026-cı ildə keçiriləcək dekabrın 4-dən sonrakı qəbul imtahanlarında Azərbaycan dili fənni üzrə suallar olmayacaq.
Yeni qaydalara əsasən, namizədlərə ümumilikdə 100 sual təqdim ediləcək. Sualların bölgüsü belə olacaq:
Qanunvericilik – 50 sual; Məntiq – 20 sual; Dünyagörüşü – 15 sual; Emosional zəka – 15 sual.Beləliklə, Azərbaycan dili üzrə 15 sual imtahandan çıxarılacaq, onların yerinə emosional zəka üzrə 15 sual əlavə ediləcək.
Qeyd edək ki, dekabrın 4-də keçiriləcək qəbul imtahanında isə əvvəlki qaydalar qüvvədə qalacaq. Namizədlərə qanunvericilikdən 50, məntiqdən 20, Azərbaycan dilindən 15 və dünyagörüşündən 15 sual veriləcək.
Yeni qaydalar dekabrın 4-dən sonra keçiriləcək qəbul imtahanlarında tətbiq olunacaq.
Vüsal
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 20 Noyabr 2026 10:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















