DNT ilə həqiqət üzə çıxdı: İngiltərəyə səhv meyitlər göndərilib | Icma.az
Icma.az, Sfera.az portalına istinadən məlumat verir. Hindistanın Əhmədabad şəhərində 12 iyun tarixində baş verən dəhşətli təyyarə qəzasından
Qəza nəticəsində 260 nəfər həyatını itirib, onlardan 53-ü Britaniya vətəndaşı olub.
Sfera.az “En Son Haber”ə istinadəən xəbər verir ki, “Air India” Hava Yollarına məxsus 171 saylı London reysi ilə havaya qalxan sərnişin təyyarəsi qısa müddət sonra binaya çırpılıb.
Qəza nəticəsində təyyarədə yalnız bir nəfər sağ qalıb, hadisənin baş verdiyi binanın yaxınlığında olan daha 19 nəfər həyatını itirib.
İngiltərə mediasının yazdığına görə, qəza nəticəsində həyatını itirən bəzi britaniyalıların kimliyi düzgün müəyyənləşdirilmədən meyitləri ailələrinə təhvil verilib.
Bəzi hallarda isə eyni tabutda bir neçə şəxsin qalıqlarına rast gəlinib. Bu səbəbdən bir neçə ailə dəfn mərasimini ləğv etməyə məcbur olub.
Londonda fəaliyyət göstərən məhkəmə-tibb eksperti Fiona Vilcox meyitlərdən və ailə üzvlərindən götürülən DNT nümunələrini müqayisə edərək faktı üzə çıxarıb.
Məsələ ilə bağlı həm Hindistanda, həm də Böyük Britaniyada araşdırmalara başlanılıb.
Tam oxu
Xəbəri oxu