Icma.az
close
up
RU
DNT ilə həqiqət üzə çıxdı: İngiltərəyə səhv meyitlər göndərilib

DNT ilə həqiqət üzə çıxdı: İngiltərəyə səhv meyitlər göndərilib

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.

Hindistanın Əhmədabad şəhərində 12 iyun tarixində baş verən dəhşətli təyyarə qəzasından sonra İngiltərəyə yanlış meyitlərin göndərildiyi məlum olub. Qəza nəticəsində 260 nəfər həyatını itirib, onlardan 53-ü Britaniya vətəndaşı olub.


Sfera.az “En Son Haber”ə istinadəən xəbər verir ki, “Air India” Hava Yollarına məxsus 171 saylı London reysi ilə havaya qalxan sərnişin təyyarəsi qısa müddət sonra binaya çırpılıb.

Qəza nəticəsində təyyarədə yalnız bir nəfər sağ qalıb, hadisənin baş verdiyi binanın yaxınlığında olan daha 19 nəfər həyatını itirib.


İngiltərə mediasının yazdığına görə, qəza nəticəsində həyatını itirən bəzi britaniyalıların kimliyi düzgün müəyyənləşdirilmədən meyitləri ailələrinə təhvil verilib. Bəzi hallarda isə eyni tabutda bir neçə şəxsin qalıqlarına rast gəlinib. Bu səbəbdən bir neçə ailə dəfn mərasimini ləğv etməyə məcbur olub.


Londonda fəaliyyət göstərən məhkəmə-tibb eksperti Fiona Vilcox meyitlərdən və ailə üzvlərindən götürülən DNT nümunələrini müqayisə edərək faktı üzə çıxarıb. Məsələ ilə bağlı həm Hindistanda, həm də Böyük Britaniyada araşdırmalara başlanılıb. 


İngiltərə Baş naziri Keir Starmerin bu həftə Hindistana edəcəyi səfər zamanı məsələni Hindistan Baş naziri Narendra Modi ilə müzakirə edəcəyi gözlənilir.
Qurbanların ailələrini təmsil edən vəkil Ceyms Hili Pratt “Daily Mail”ə açıqlamasında bildirib ki, azı 12 İngiltərə vətəndaşının meyiti ölkəyə göndərilib, lakin bəziləri yanlış qalıqlarla qarşılaşıb:


“Bu ailələrin istədiyi tək şey sevdiklərinin geri qaytarılmasıdır. Amma bəziləri yanlış meyitlər alıb və bu, onların kədərini daha da artırıb. Ailələr bu vəziyyətlə bağlı aydın və rəsmi izahat gözləyir”.


Hindistan rəsmiləri isə 28 iyun tarixində verdikləri açıqlamada, qəza nəticəsində ölən 260 nəfərin kimliyinin DNT testi vasitəsilə müəyyən edildiyini bildirmişdi.


Bəsti Rəfizadə
Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://sfera.az
archiveBu xəbər 23 İyul 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri