Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq. Əvvəllər maşınları yalnız kişilər sürərdi.
Sonralar maşınları kişilərlə yanaşı, qadınlar da sürməyə başladı.
Biz uşaq olarkən qadın sürücü görəndə lap dəhşətə gəlirdik ki, qadın da maşın sürər.
Sonralar isə qadın sürücülər çoxaldı və bu məsələ də adiləşdi. İndi maşınları həm qadınlar, həm də kişilər sürür.
Biz də alışmışıq yanımızdan ötən avtomobilin içərisində ya qadın, ya da kişi görməyə.
Heç kim də maşının içərisində qadından, kişidən başqa sürücü görməyi təsəvvür edə bilməz.
Deyərsiniz ki, niyə, bəzən sükan arxasında uşaq-muşaq da görmək olur. Olar, olar.
Onlar ata balalarıdır, hərdən ataları onlara maşını verib “bir şəhəri hərlən”,- deyir.