Icma.az
close
up
RU
Dodaq sürücü FELYETON

Dodaq sürücü FELYETON

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Əvvəllər maşınları yalnız kişilər sürərdi. Sonralar maşınları kişilərlə yanaşı, qadınlar da sürməyə başladı. Biz uşaq olarkən qadın sürücü görəndə lap dəhşətə gəlirdik ki, qadın da maşın sürər. Sonralar isə qadın sürücülər çoxaldı və bu məsələ də adiləşdi.

İndi maşınları həm qadınlar, həm də kişilər sürür. Biz də alışmışıq yanımızdan ötən avtomobilin içərisində ya qadın, ya da kişi görməyə. Heç kim də maşının içərisində qadından, kişidən başqa sürücü görməyi təsəvvür edə bilməz. Deyərsiniz ki, niyə, bəzən sükan arxasında uşaq-muşaq da görmək olur. Olar, olar. Onlar ata balalarıdır, hərdən ataları onlara maşını verib “bir şəhəri hərlən”,- deyir. Birdən də elə olur ki, onlar şəhəri hərləndikcə, hadisələr də bir-birinin ardınca baş verir. Lakin bu ata balalarında məgər “günah” var?..

Söhbət nə maşın sürən qadınlardan, nə kişilərdən, nə də ata balalarından gedir. Söhbət bu gün tez-tez rastlaşdığımız yeni sürücülərdən gedir. Bu sürücülərlə rastlaşan olubsa, nə dediyimi anlayar. Rastlaşmayanlar da bundan sonra bir az gözüaçıq olsunlar, ətraflarına yaxşı baxsınlar, onlar da görəcəklər. Bu, elə bir gizli məsələ deyil.

Deməli, şəhərdə yeni sürücülər peyda olub: dodaq sürücülər. Bir də baxırsan yanından maşın ötür, istər-istəməz nəzər salırsan, içəridə dodaqdan savayı heç nə görmürsən.

Dodaq sürücüləri işıqforlarda daha yaxşı müşahidə etmək olur. Maşınlar dayanır ki, sakinlər keçsinlər, bu an ətrafa bir nəzər salsan, hökmən dodaq sürücülərdən birini görməmiş olmazsan.

Allah eləməsin ki, bu dodaq sürücülərlə siz də mənim kimi axşamçağı rastlaşasınız. Və mənim kimi duvalıq olasınız.

Yaxşı ki, xəbərdar etdim sizi. Yoxsa dodaq sürücüləri görərkən vahimələnməməyiniz mümkün deyil. Birinci dəfə mən dodaq sürücünü görəndə 3-5 gün özümə gələ bilməmişdim. Sonra alışdım. Necə ki, bir vaxtlar maşınları ancaq kişilər sürərdi, biz də qadınları sürücü kimi görəndə devikərdik. Bu dəfə də qadın yox, kişi yox, dodaq görəndə devikdim, sonra isə tez alışdım.

Birinci dəfə necə olmuşdu görməyim, nağıl edim, siz də bilin. Banka gedirdim. Bank binasının yanında maşın dayanmışdı. Mən də yolu keçərkən həmin maşının yanından ötməli idim. Elə həmin an da maşına tərəf baxmışdım və “bismillahir-rəhmanir-rəhim”,- deyib qulağıma gələn ürək döyüntülərimlə birlikdə addımlamağa davam etmişdim. Banka necə getdim, necə gəldim, xatırlamıram. Çünki gördüyüm mənzərənin təsirindən qəti çıxa bilmirdim.

Vallah, deyəcəksiniz ki, axı bu dodaq sürücü kimdir, nədir, səhərdən uzun-uzadı danışıb mətləbə gələ bilmirsən. Deyim, siz də bilin ki, görəndə qan-bağır olmayasınız. Kim olacaq, əslində bu sürücü qadın idi. Lakin alt dodağı yeri, üst dodağı göyü süpürürdü. Bilmirəm, dodaqları dərd tapmışdı, arı vurmuşdu, yoxsa yıxılıb əzmışdı onları, nə idisə, dodaqlar o qədər şişmişdi ki, inanın, maşının içərisində dodaqdan başqa heç nə görünmürdü.

Sonra bu məsələni bir-iki yerdə danışdım. Dedilər, ay yazıq, yıxılmaq nədir, arı vurmaq nədir, dərd tapmaq nədir, slikon vurdurub dodaqları göyə qaldırıb, yerə endirmək dəbdir ey...

Mən də dedim, olsun da, dəb olsun, amma bu qədər?.. Vallah yəqin siz mən gördüyümü görməmisiniz, görsəniz, inanın ki, siz də sürücünün dodaq olduğunu zənn edərsiniz.

Mətanət Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Noyabr 2024 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see657

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see358

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see224

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see215

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see192

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see185

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see182

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see179

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see175

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see171

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see164

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see163

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see163

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see160

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see159

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see158

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see158

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see157

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see157

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri