Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. Periodista Digita nəşri (İspaniya) sensasiyalı məlumat yayıb.
Artıq bu haqda oxumusunuz. Nəşrin yazdığına görə, Ermənistan Zəngəzur dəhlizinə nəzarəti ABŞ-ın hərbi şirkətinə verməyə razılaşıb.
İddiaya görə, artıq belə bir memorandum da imzalanıb. Söhbət Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək və E
İspan nəşrinin iddiasına görə, həmin dəhlizə Amerika şirkətinə məxsus 1000 nəfər xüsusi təyinatlı əsgər nəzarət edəcək.
Ermənistan hökuməti isə bu iddiaları birbaşa təkzib etməyib.
Xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan deyib ki, bu məsələ yalnız Erməmistanın suverenliyi, yurisdiksiyası və ərazi bütövlüyü çərçivəsində mümkündür.
Ermənistan rəsmiləri, baş nazir Nikol Paşinyan da daxil olmaqla, bu məsələyə birmənalı cavab verməyiblər.
Əvəzində Paşinyan Rusiyanın Altay vilayətinə, guya ətraf mühitin mühafizəsi üzrə beynəlxalq konfransa gedir.