Icma.az
close
up
RU
Doğrudanmı, Zəngəzur dəhlizi ABŞ a icarəyə verilir?

Doğrudanmı, Zəngəzur dəhlizi ABŞ a icarəyə verilir?

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Periodista Digita nəşri (İspaniya) sensasiyalı məlumat yayıb. Artıq bu haqda oxumusunuz. Nəşrin yazdığına görə, Ermənistan Zəngəzur dəhlizinə nəzarəti ABŞ-ın hərbi şirkətinə verməyə razılaşıb. İddiaya görə, artıq belə bir memorandum da imzalanıb.

Söhbət Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək və Ermənistanın "Sünik" adlandırdığı Zəngəzurun ərazisindən keçəcək 42 kilometrlik yoldan - dəhlizdən gedir. İspan nəşrinin iddiasına görə, həmin dəhlizə Amerika şirkətinə məxsus 1000 nəfər xüsusi təyinatlı əsgər nəzarət edəcək.

Ermənistan hökuməti isə bu iddiaları birbaşa təkzib etməyib. Xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan deyib ki, bu məsələ yalnız Erməmistanın suverenliyi, yurisdiksiyası və ərazi bütövlüyü çərçivəsində mümkündür.

Ermənistan rəsmiləri, baş nazir Nikol Paşinyan da daxil olmaqla, bu məsələyə birmənalı cavab verməyiblər. Əvəzində Paşinyan Rusiyanın Altay vilayətinə, guya ətraf mühitin mühafizəsi üzrə beynəlxalq konfransa gedir.

Diqqət edin: Ermənistanın üzvü olduğu Avrasiya İqtisadi İttifaqının, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclaslarına qatılmayan Paşinyan Rusiyanın bir əyalətində "təbiəti qorumağa" gedir.

Təbii ki, inandırıcı deyil: Paşinyan Rusiyanın yüksək vəzifəli rəsmi şəxsləri ilə gizli danışıqlara gedir. O, ABŞ-ın Zəngəzur koridorunun icarəsi ilə bağlı təklifi, bu haqda Ermənistanın mövqeyi haqda Rusiya tərəfinə məlumat (oxu: izahat) verməyə gedir.

Azərbaycanın bu məsələyə dair mövqeyi qəti və aydındır: prezident İlham Əliyev lll Şuşa Qlobal Media Forumunda Reuters agentliyinin müxbirinin Amerika şirkətinin Zəngəzur dəhlizini icarəyə götürməsi ilə bağlı sualına cavabınds deyib ki, bu sual Ermənistan rəhbərliyinə ünvanlanmalıdır: "Bizim ərazidə heç bir operator, heç bir ticarətçi, heç bir icarədar ola bilməz. Ermənistan nə etmək istəyir? Onlar çox şey edə bilərlər, mənim bundan xəbərim yoxdur".

Yəni prezident bəyan etdi ki, Zəngəzur dəhlizinin icarəyə verilib-verilməməsi Ermənistana aid məsələdir, Zəngəzurun Azərbaycanda olan hissəsi - Şərqi Zəngəzur icarə predmeti deyil, ola da bilməz.

Bu arada Ermənistan mediası Kanada Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin təhlilinə istinadla məlumat verir ki, Zəngəzur dəhlizi haqda danışıqlar 12-18 ay uzana bilər. Yenə də Ermənistan mediasında Forbes-ə istinadla yazılıb ki, Ermənistan öz ərazisini icarəyə verməyin qəti əleyhinədir. Bununla belə xaricdəki bəzi erməni diaspor təşkilatları, Ermənistan müxalifəti Nikol Paşinyanın ölkə ərazisini ABŞ-a və Türkiyəyə satmağa hazırlaşdığını iddia edirlər.

Görünür ki, bu iddiaları müxalifət parlament seçkilərində Nikol Paşinyana qarşı aktiv istifadə etmək niyyətindədir.

S.Əhmədli, bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 23 İyul 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri