Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan əhalisinin sayı 2025-ci il martın 1-nə 10 milyon 230 min 666 nəfərə çatıb.
Dövlət Statistika Komitəsi bildirir ki, yanvar-fevral aylarında 15971 doğulan, 10461 ölən, 7741 nikah, 3414 boşanma qeydə alınıb, hər 1000 nəfərə 9,7 doğum, 6,3 ölüm, 4,7 nikah, 2,1 boşanma düşüb.
2024-cü ilin ilk iki ayına nəzərən doğumda 4,9 faiz azalmanın, ölüm hallarında 1,6 faiz, nikahlarda 17,5 faiz artımın rəsmiləşdiyi vurğulanır.
Azərbaycanda əhali artımı davam etsə də, son 10 ildə doğum 60 faiz azalıb.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri 15 min 971 doğulan körpə qeydə alıb.
Ötən ilin eyni dövründə doğulan uşaqların sayı 17 min 81 olmuşdu.
Əgər 2023-cü ildə ölkədə 112 min 620 uşaq doğulmuşdusa, 2024-cü ildə bu rəqəm 102 min 310 olub.