Icma.az
close
up
RU
Menu

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

Kaylinin şousu diqqət çəkdi

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

Doğum azalır: həm bizdə, həm dünyada

Doğum azalır: həm bizdə, həm dünyada

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan əhalisinin sayı 2025-ci il martın 1-nə 10 milyon 230 min 666 nəfərə çatıb. Dövlət Statistika Komitəsi bildirir ki, yanvar-fevral aylarında 15971 doğulan, 10461 ölən, 7741 nikah, 3414 boşanma qeydə alınıb, hər 1000 nəfərə 9,7 doğum, 6,3 ölüm, 4,7 nikah, 2,1 boşanma düşüb. 2024-cü ilin ilk iki ayına nəzərən doğumda 4,9 faiz azalmanın, ölüm hallarında 1,6 faiz, nikahlarda 17,5 faiz artımın rəsmiləşdiyi vurğulanır.

Azərbaycanda əhali artımı davam etsə də, son 10 ildə doğum 60 faiz azalıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri 15 min 971 doğulan körpə qeydə alıb. Ötən ilin eyni dövründə doğulan uşaqların sayı 17 min 81 olmuşdu. Əgər 2023-cü ildə ölkədə 112 min 620 uşaq doğulmuşdusa, 2024-cü ildə bu rəqəm 102 min 310 olub. İlin əvvəlindən ölkə əhalisinin sayı 5 min 777 nəfər və ya 0.1 faiz artaraq 2025-ci il martın 1-də 10 milyon 230 min 666 nəfər təşkil edib. 2014-cü ilin sonunda, rəsmi rəqəmlərə görə, Azərbaycanda 9 milyon 593 min insan yaşayırdı.

Birləşmiş Millətlər Təşkilatının hesabatlarına görə 2024-cü ildə dünyada 8 000 000 000 (səkkiz milyard) insan yaşayırdı. Son bir ildə dünyada təqribən 70.000.000 (yetmiş milyon) doğuş baş verib və dünyada hər gün təxminən 150.000 (yüz əlli min) doğuş baş verir. Yenə eyni mənbəyə görə, ötən il ölənlərin sayının təqribən 32.000.000 (otuz iki milyon), gündəlik ölüm sayının isə təxminən 68.000 (altmış səkkiz min) olduğunu görə bilərik.

2024-cü ilin məlumatlarına görə, Avropa İttifaqında (Aİ) 2022-ci ildə diri doğulanların sayı 1960-cı ildən bəri ən aşağı səviyyəyə düşüb. Həmin il Aİ-də cəmi 3,88 milyon körpə doğuldu, ilk dəfə bu rəqəm 4 milyondan aşağı düşdü. Ümumiyyətlə, Avropa İttifaqında doğuş nisbəti də aşağı düşüb, sonuncu dəfə 20 il əvvəl qeydə alınan səviyyəyə yaxınlaşıb. AB, qadına düşən diri doğulanların sayı ilə müəyyən edilən, dünyada ən aşağı məhsuldarlıq göstəricilərindən birinə malikdir. 1960-cı ildən bəri Aİ-də doğulan uşaqların sayında azalma tendensiyası müşahidə olunur. Ən aşağı rəqəm 3,88 milyon ilə 2022-ci ildə qeydə alınıb. 1990-cı ildə Aİ-də 5,1 milyon körpə doğulmuşdu, son bir ildə doğulanların sayı 5 milyonu ötmüşdü.

Ən yüksək doğum nisbəti Fransada qeydə alındı, Malta (1,08), İspaniya (1,16), İtaliya (1,24), Yunanıstan (1,32) və Kipr (1,37) kimi digər Aralıq dənizi ölkələrində isə əhəmiyyətli dərəcədə aşağı göstəricilər müşahidə olunub. Rumıniya (1,71), Türkiyə (1,63), Böyük Britaniya (1,56), Almaniya (1,46) və Finlandiya (1,32) kimi ölkələrdə də bir qədər yüksək doğum göstəriciləri qeydə alınıb.

Aİ-nin məhsuldarlıq nisbətindəki uzunmüddətli dəyişiklikləri araşdırarkən aydın şəkildə azalma tendensiyası ortaya çıxır. Dünya Bankının məlumatlarına görə, 1970-ci ildə 2,35 olan bu nisbət 1990-cı illərin sonunda ən aşağı səviyyəyə enib və 1998-ci ildə 1,4-ə düşüb. Daha sonra tədricən yüksəlməyə başlayıb və 2016-cı ildə 1.57 ilə son zamanların zirvəsinə çatıb. 2022-ci ildə Aİ-də ümumi doğuş nisbəti 2000-ci illərin əvvəllərində müşahidə olunan 1,4 səviyyəsinə yaxınlaşaraq, hər qadına 1,46 diri doğuş olaraq qeydə alınıb. 2002-2022-ci illər arasında AB-nin 27 Üzv Dövlətindən 13-də azalaraq, son 20 ildə əhəmiyyətli dərəcədə dəyişib. Doğuş nisbətlərində ən əhəmiyyətli azalmalar İrlandiya və Finlandiyada qeydə alınıb. Bu ölkələrin hər biri 20 faizdən çox azalma müşahidə edib. Bunun əksinə olaraq, Çexiya, Rumıniya və Bolqarıstanda hər biri 35 faizdən çox artım müşahidə olunub. Aİ-də bu nisbət sabit qalıb və cəmi 2 faiz artıb.

Dünya Bankının məlumatlarına görə, 2021-ci ildə Aİ Şərqi Asiya və Sakit Okean regionundan sonra ən aşağı doğum səviyyəsinə sahibdir. Qərbi və Mərkəzi Afrikada ən yüksək doğum nisbəti 4,98, Şərqi və Cənubi Afrikada 4,35, Ərəb dünyasında isə 3,14 olub. Qlobal orta doğuş nisbəti 2,27 olduğu halda, Şimali Afrika və Yaxın Şərqdə 2,63 ilə daha yüksək olub. Şimali Amerikanın 1,64 nisbəti İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 1,59 orta göstəricisindən bir qədər yüksək olub.

1970-ci ildən başlayaraq, demək olar ki, bütün regionlarda doğuş faizində əhəmiyyətli azalma tendensiyası müşahidə olunur, baxmayaraq ki, azalma Afrikada çox az olubr. Digər tərəfdən, 41 Avropa ölkəsinin hamısında doğum nisbətləri qlobal orta göstəricidən aşağıdır.

Dünyada hər il təxminən 1,6 milyon əkiz doğulur. Bu o deməkdir ki, hər 42 uşaqdan biri əkiz olaraq doğulur. Süni mayalanma kimi köməkçi reproduktiv tibbi üsullar 1980-ci illərdən bəri əkiz doğum nisbətini üçdə bir artırdı. Araşdırmalara görə, 1980-ci illərdən bəri əkiz doğumların 30 faiz artıb. Ancaq əkiz körpələrin sayındakı artım əslində eyni yumurta əkizlərində deyil, ayrı yumurta əkizləri əhatə edir. Eyni yumurta əkizləri bütün dünyada eyni sürətlə (hər min doğuşdan dördündə) doğulmağa davam edir. Burada regional fərqlər və ya yaş faktoru rol oynamır.

Ayrı yumurta əkizlərində isə vəziyyət çox fərqlidir. Xüsusilə inkişaf etmiş ölkələrdə 1970-ci illərdə başlayan tibbi müdaxilə ilə olan əkiz doğuşlar statistikada əkiz körpələrin sayının artmasında böyük rol oynayıb. Məlumatlara görə, dünyada hər il doğulan 3,2 milyon əkizdən 1,3 milyonu Afrikada, təxminən bir o qədər də Asiyada doğulur. Qalan 600 mini digər qitələrdə müşahidə olunur. Asiya dünya əhalisinin 60 faizini təşkil etdiyi üçün əkiz doğuşların sayı normal hesab edilsə də, tədqiqatçılar Afrikada bu rəqəmin iki və ya üç dəfə çox olduğunu, bunun da dünya əhalisinin 17 faizini təşkil etdiyini deyir. Bu vəziyyət genetik səbəblərlə izah olunur. Lakin Avropa və ABŞ-da 40 il əvvəl bu nisbət sürətlə artmağa başlayıb və Avropada min doğuşa 14,4 əkiz, ABŞ-da isə 16,9 əkizə çatıb. Bu dövrdə Afrikada sayı dəyişməyərək min doğuşa 17,1 əkiz olub.

Lalə Mehralı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Aprel 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see239

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see237

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see234

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see218

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see211

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see210

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see209

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see208

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see208

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see202

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see202

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see187

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see183

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see182

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

26 Sentyabr 2026 01:02see181

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see172

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see170

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see169

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see168

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri