Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qazax, 21 oktyabr, Ruslan Novruzoğlu, AZƏRTAC Vətən torpaqlarını azad görmək, bu amal uğrunda şəhid olmaq onun ən böyük arzusu idi.
Bu arzusunun reallaşması onun doğum günü hədiyyəsi oldu. Kapitan Rövşən Mahmud oğlu Pənahov 1989-cu ilin oktyabrın 2-də dünyaya gəlmişdi.
Vətən müharibəsində oktyabrın 2-də də şəhadətə qovuşdu. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Rövşən Pənahovun hərbi peşəyə sevgisi hələ
Şəhid kapitan bu yola ömrünün 10 ilini həsr etmişdi. 2016-cı ilin Aprel döyüşlərindəki şücaətinə görə “kapitan” hərbi rütbəsi almışdı.
Vətən müharibəsinin ilk günündən haqq savaşına qoşulan Rövşən Pənahov Murovdağın azadlığı uğrunda döyüşlərdə qəhrəmanlıqla iştirak edib.
“Oğul düşmən çəpəridir” deyirlər. Mənim oğlum doğrudan da düşmən çəpəri oldu. Düşmənə qalib gəldi.
Vətən uğrunda, “Vətən yaşasın” deyərək, şəhadətə ucaldı, özü də doğum günündə - oktyabrın 2-də.