Icma.az
close
up
RU
Doğum günündə şəhadətə yüksələn kapitan

Doğum günündə şəhadətə yüksələn kapitan

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qazax, 21 oktyabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Vətən torpaqlarını azad görmək, bu amal uğrunda şəhid olmaq onun ən böyük arzusu idi. Bu arzusunun reallaşması onun doğum günü hədiyyəsi oldu. Kapitan Rövşən Mahmud oğlu Pənahov 1989-cu ilin oktyabrın 2-də dünyaya gəlmişdi. Vətən müharibəsində oktyabrın 2-də də şəhadətə qovuşdu.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Rövşən Pənahovun hərbi peşəyə sevgisi hələ onun uşaq yaşlarından başlamışdı. Şəhid kapitan bu yola ömrünün 10 ilini həsr etmişdi. 2016-cı ilin Aprel döyüşlərindəki şücaətinə görə “kapitan” hərbi rütbəsi almışdı.

Vətən müharibəsinin ilk günündən haqq savaşına qoşulan Rövşən Pənahov Murovdağın azadlığı uğrunda döyüşlərdə qəhrəmanlıqla iştirak edib. “Oğul düşmən çəpəridir” deyirlər. Mənim oğlum doğrudan da düşmən çəpəri oldu. Düşmənə qalib gəldi. Vətən uğrunda, “Vətən yaşasın” deyərək, şəhadətə ucaldı, özü də doğum günündə - oktyabrın 2-də. “Oktyabrın ikisi gələcəyəm” dedi və həmin gün də gəldi. Bayrağa bükülü, şəhadətə ucalaraq gəldi evimizə. Vətənimiz sağ olsun!”, – deyə şəhid anası Rəna Osmanova bildirir.

Şəhid kapitan xidmət etdiyi illər ərzində "Qüsursuz xidmətə görə", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi " və "Azərbaycan Ordusunun 100 illiyi medalları ilə təltif olunub. On ilin təcrübəli hərbçisi olan Rövşən bir çox gənc əsgərin yetişməsində iştirak edib.

Ölümündən sonra dövlətimizin başçısının sərəncamı ilə 3-cü dərəcəli “Rəşadət” ordeni, "Vətən uğrunda", “İgidliyə görə” və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub. Qazax rayonunun Birinci Şıxlı kəndində torpağa tapşırılıb. Şəhidin özündən sonra vətənə bir qız və bir oğul övladı əmanət qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Oktyabr 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri