Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir. Azərbaycanda doğum səviyyəsi son illərdə kəskin azalıb.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin məlumatına görə, 2024-cü ildə ölkədə cəmi 102 min 310 doğulan körpə qeydə alınıb.
Halbuki, 2019-cu ildə bu göstərici 141 min 179 nəfər olub. Son 5 il ərzində doğum sayı 38 min 869 nəfər azalıb.
Statistikaya nəzər saldıqda, azalma tendensiyasının ardıcıl davam etdiyini görmək mümkündür.
2020-ci ildə 126 min 571, 2021-ci ildə 112 min 284, 2022-ci ildə 122 min 846, 2023-cü ildə isə 112 min 620 körpə dünyaya gəlib.
Mütəxəssislər isə doğum sayının azalmasını müxtəlif amillərlə izah edirlər.
Həmin amillərdən biri kimi doğumu təşviq edəcək, ailələrin sosial problemlərinin həllinə dəstək olacaq uşaq pulunun verilməməsi göstərilir.
Bir çox dünya ölkələrində 18 yaşadək “uşaq pulu” verilir. Ölkəmizdə “uşaq pulu” verilməsinin qarşısını kəsən nədir?