Icma.az
close
up
RU
Menu

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

Doğum sayı niyə azalır: Evlilik qorxusu, “uşaq pulu”nun verilməməsi, karyera istəyi

Doğum sayı niyə azalır: Evlilik qorxusu, “uşaq pulu”nun verilməməsi, karyera istəyi

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda doğum səviyyəsi son illərdə kəskin azalıb. 

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin məlumatına görə, 2024-cü ildə ölkədə cəmi 102 min 310 doğulan körpə qeydə alınıb. Halbuki, 2019-cu ildə bu göstərici 141 min 179 nəfər olub. Son 5 il ərzində doğum sayı 38 min 869 nəfər azalıb. Statistikaya nəzər saldıqda, azalma tendensiyasının ardıcıl davam etdiyini görmək mümkündür. 2020-ci ildə 126 min 571, 2021-ci ildə 112 min 284, 2022-ci ildə 122 min 846, 2023-cü ildə isə 112 min 620 körpə dünyaya gəlib. 

Mütəxəssislər isə doğum sayının azalmasını müxtəlif amillərlə izah edirlər. 

Həmin amillərdən biri kimi doğumu təşviq edəcək, ailələrin sosial problemlərinin həllinə dəstək olacaq uşaq pulunun verilməməsi göstərilir. 

Bir çox dünya ölkələrində 18 yaşadək “uşaq pulu” verilir. Ölkəmizdə “uşaq pulu” verilməsinin qarşısını kəsən nədir? 

Sosioloq Rəşad Əsgərov "Cebheinfo.az"-a bildirib ki, ümumiyyətlə, müxtəlif ölkələrdə əhali sayında azalma baş verir və bu, daha çox inkişaf etmiş ölkələrdə özünü göstərir: 

"Azərbaycan da Asiyanın geri qalan ölkələrindən fərqli olaraq Avropa ölkələrinə inteqrasiya etdikcə, onların ənənələrini götürərək, bu tempə uyğun olaraq əhalinin demoqrafik vəziyyətini, ailələri institusional səviyyədə tənzimləməyə çalışır. 

Bunun da əsas səbəbi Asiya, Afrika ölkələrindən fərqli olaraq demoqrafik vəziyyətdə, uşaqların doğulmasında kəmiyyət yox, daha çox keyfiyyət göstəricilərinə üstünlük verməsidir. İkinci bir məsələ onunla bağlıdır ki, Vətən müharibəsi nəticəsində müəyyən sayda, 2-3 ildən sonra nikah yaşına çata bilərəcək gənclərimizi itirdik və bəzilərinin sağlamlığında problem yarandı. Əsas səbəblərdən biri həmin şəxslərin nikaha girmək, ailə qurmaq şanslarını minimuma enməsi oldu. Bu, istər-istəməz əhalinin artım sayına təsir göstərən amillərdən biridir”. 

O bildirib ki, növbəti amil daha çox insanların sosial-iqtisadi vəziyyəti ilə bağlıdır:

“Çünki ölkənin iqtisadi inkişaf tempi nə qədər yüksək olarsa, anadan olan uşaqların, nikahların sayı buna uyğun olaraq artır. Üçüncü bir amil ondan ibarətdir ki, Avropaya inteqrasiyadır. Əvvəlki dövrün gəncləri "evlənək, ailə quraq, sonra təhsil alaq, karyera quraq" fikri ilə yaşayırdılarsa, indiki dövrün gəncləri daha çox karyera qurmaq, müəyyən qədər təhsil almaq, müəyyən yaş səviyyəsinə çatmaq, həyatını təmin edəcək vasitələri özü üçün əlçatan etdikdən sonra ailə qurmağa daha çox üstünlük verir. 

Sanki gənclər problemlərini həll etmədən ailəyə daxil olmuş yeni bir iqtisadi gücün, əlavə vəsaitlərin ailə üçün yük olmasını istəmirlər. Buna görə də nikaha girən gənclərin yaş tempində artım baş verir. Əvvəllər 24-25 yaşında gənclər daha çox nikaha meyilli idisə, bu da əhali artımına səbəb olurdu. İndi isə evlilik yaşı 29-30, hətta 30-dan yuxarı qalxır ki, bunun da nəticəsində uşaq sayında azalma baş verir”. 

Digər bir məsələ isə yenə də qlobal tendensiya ilə bağlıdır:

“Əvvəl ailələrdə 2-3 və daha çox uşağın dünyaya gəlməsi ənənəsi mövcud idisə, indiki ailələrdə 1, maksimum 2 uşaq dünyaya gəlir. Bu, Azərbaycanda əhalinin artım dinamikasına və doğuma təsir göstərən məsələlərdir. Ancaq əhalinin ümumi sayında artımın, yaxud illər üzrə göstəricilərdə azalmanın olması qeyd etdiyim amillərlə yanaşı, daha bir tendensiyada özünü göstərir. 

Belə ki,  nikaha girən cütlüklərin sosial-iqtisadi problemlərin öhdəsindən gələ bilməmək fobiyası, qorxusu, psixoloji gərginliyi də var". 

İndi daha çox insanları nikaha təşviq etmək, ölkədə çoxuşaqlılığın təmin olunması üçün “uşaq pulu”nun verilməsi məsələsinə gəldikdə ekspert deyir ki, artıq 10 illərdir bu barədə müzakirələr gedir:

"Ancaq dövlətin konkret olaraq bu sahədə real addım atmaq iqtidarında olmadığı bildirilir və bunu da daha çox iqtisadi amillərlə bağlayırlar. Uşaqlara veriləcək vəsaitin maliyyə yükünün hansı büdcədən, haradan maliyyələşdirilməsi məsələsi var. 

Əgər ölkədə 120 min uşaq dünyaya gəlirsə, 18 yaşına qədər uşaqların bu müavinəti alması hər ay ərzində müəyyən məbləğin verilməsi deməkdir. Bu məbləğ də təxminən illik 2-3 milyard manat səviyyəsində ola bilər. Hökumət hələ bunun maliyyə mənbəyini tapa bilmədiyinə və eləcə də ölkədə demoqrafik vəziyyətdə mənfi saldo olmadığına görə daha çox gözləmə mövqeyindədir. Ancaq “uşaq pulu” verilən qonşu ölkələrdə demoqrafik vəziyyət çox gərgindir. Demək olar ki, mənfi saldodur, əhalinin artımı yoxdur. Həmin ölkədə 2-4, nə qədər uşaq sayı çox olarsa, bu limit baxımından uşaqlara ödəniləcək vəsaitin subsidiya, ssuda və yaxud birdəfəlik yardım formasında verilməsi ilə nəticələnir. 

Azərbaycanda isə hələ bu nəzərdə tutulmur. Çünki ölənlərin və doğulanların sayında müsbət saldo var. Hər il əhali 50-70 min artırsa, dövlət də hesab edir ki, hələ bu sahədə islahatlara getmək lazım deyil. Ancaq ölkədə 5 və 5-dən artıq uşağı olanlara 105 manat müavinət verilir. Eləcə də Azərbaycanda təminatı aşağı olan ailələrə ünvanlı sosial yardıma müraciət etmək hüququ var". 

Nigar Abdullayeva 
"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Fevral 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see398

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see385

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see333

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see297

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see297

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see289

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see245

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see228

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see225

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see209

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see203

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see172

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see144

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see137

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see132

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see130

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see129

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see125

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri