Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılmasıAilələrdə uşaqların sayının kəskin azalması təkcə sosial-iqtisadi problemlərlə bağlı deyil“Varlı ailələrin əksəriyyətində də 1 və ya 2 uşaqdan çoxu yoxdur.
Həyat tərzi, mənəvi dəyərlər, psixologiya - hər şey dəyişib.
Çoxları artıq özlərini uşaqlara həsr etmək istəmirlər”Son illər demoqrafik eniş, doğuş sayının kəskin azalması cəmiyyəti ciddi narahat edən məsələlərdən biridir.Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar- fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri 15 min 971 doğulan körpə qeydə alıb.
Ötən ilin eyni dövründə doğulan uşaqların sayı 17 min 81 olub.Bu rəqəm 2022-ci ildə 122 min 846, 2023-cü ildə 112 min 620, 2024-cü ildə 102 min 310 olub.
Rəqəmlər göstərir ki, son 10 ildə Azərbaycanda əhali artımı davam etsə də, doğuş sayı 60 faiz azalıb.Bu tendensiya əhalinin təbii artımına və demoqrafik dinamikaya təsir göstərir.Azərbaycanda doğum sayının azalması demoqrafik strukturda dəyişikliklərə səbəb olur və bu tendensiyanın davam etməsi gələcəkdə əhalinin yaş bölgüsündə balanssızlığa və sosial-iqtisadi təsirlərə yol aça bilər.Dünyanın bəzi ölkələri istisna olmaqla, əhalinin azalması, əslində, qlobal bir tendensiyadır.
Bunun da səbəbi müasir dövrdə insanların daha çox rahat və fərdi həyat tərzinə üstünlük verməsi ilə əlaqələndirilir.
Gənc ailələrin əksəriyyəti 1-2 uşaqdan artığına baxmaq istəmirlər.