Icma.az
close
up
RU
Doğum səviyyəsinin 65 faiz azalması artıq SOS siqnalıdır

Doğum səviyyəsinin 65 faiz azalması artıq SOS siqnalıdır

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması


Ailələrdə uşaqların sayının kəskin azalması təkcə sosial-iqtisadi problemlərlə bağlı deyil


“Varlı ailələrin əksəriyyətində də 1 və ya 2 uşaqdan çoxu yoxdur. Həyat tərzi, mənəvi dəyərlər, psixologiya - hər şey dəyişib. Çoxları artıq özlərini uşaqlara həsr etmək istəmirlər”



Son illər demoqrafik eniş, doğuş sayının kəskin azalması cəmiyyəti ciddi narahat edən məsələlərdən biridir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar- fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri 15 min 971 doğulan körpə qeydə alıb. Ötən ilin eyni dövründə doğulan uşaqların sayı 17 min 81 olub.

Bu rəqəm 2022-ci ildə 122 min 846, 2023-cü ildə 112 min 620,  2024-cü ildə 102 min 310 olub. Rəqəmlər göstərir ki, son 10 ildə Azərbaycanda əhali artımı davam etsə də, doğuş sayı 60 faiz azalıb.

Bu tendensiya əhalinin təbii artımına və demoqrafik dinamikaya təsir göstərir.

Azərbaycanda doğum sayının azalması demoqrafik strukturda dəyişikliklərə səbəb olur və bu tendensiyanın davam etməsi gələcəkdə əhalinin yaş bölgüsündə balanssızlığa və sosial-iqtisadi təsirlərə yol aça bilər.

Dünyanın bəzi ölkələri istisna olmaqla, əhalinin azalması, əslində, qlobal bir tendensiyadır. Bunun da səbəbi müasir dövrdə insanların daha çox rahat və fərdi  həyat tərzinə üstünlük verməsi ilə əlaqələndirilir. Gənc ailələrin əksəriyyəti 1-2 uşaqdan artığına baxmaq istəmirlər.  Boşanma hallarının artması da sözügedən artım tendensiyasını daha da gücləndirir.

Yəqin ki, reproduktiv sağlamlıqla, iqtisadi amillər də doğum səviyyəsinin azalmasında mühüm rol oynayır.

İnsanlar maddi çətinlikləri nəzərə alaraq düşünürlər ki, bir neçə uşağı böyütmək və təmin etmək çətindir, ona görə də bu məsuliyyətdən qaçmağa üstünlük verirlər. Bununla belə, təbii artım məsələsi dövlət və cəmiyyət üçün olduqca strateji əhəmiyyət daşıyır. 

Qeyd edək ki, təbii artımın azalması başqa bir təhlükəni də gündəmə gətirir – mexaniki artım, yəni miqrasiya hesabına baş verən əhali artımı. Təbii artım zəiflədikcə, ölkə əhalisi artmaqda davam edə bilər, amma bu artım əsasən xarici vətəndaşların hesabına baş verəcək. Bu da öz növbəsində sosial və mədəni problemlər yarada bilər. Avropa ölkələrində bu proses artıq illərdir ki, müşahidə olunur. Əhalinin qocalması, doğum səviyyəsinin aşağı düşməsi nəticəsində əmək bazarını əsasən miqrantlar təşkil edir. Eyni vəziyyət Azərbaycanda da zamanla yarana bilər. Bu səbəbdən təbii artımın qorunması və dəstəklənməsi dövlətin demoqrafik siyasətində prioritet sahələrdən biri olmalıdır.

BMT-nin araşdırmasına görə, dünyada 65 və daha yuxarı yaşda olan insanların sayı 2050-ci ilədək 2 dəfə artaraq 1,6 milyarda çatacaq. Avropada bu proses ən çox İtaliya, İspaniya, Yunanıstan və Portuqaliyaya təsir edəcək. Honq-Konq, Cənubi Koreya və Yaponiya kimi inkişaf etmiş Asiya ölkələrində 65 yaşdan yuxarı əhali təxminən 40 faiz təşkil edəcək.

Proqnozlara görə, ölkəmizdə də yaşlı əhalinin xüsusi çəkisi də xeyli artacaq. Artıq qocalma prosesi müşahidə olunur: son 10 il ərzində yaşlı vətəndaşların sayı 6,2 faizdən 7,1 faizə yüksəlib. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ölkədə 580,8 min nəfər 60-64 yaş, 396,7 min nəfər 65-69 yaş, 462,7 min nəfər 70 yaşdan yuxarı vətəndaş yaşayıb. Son 5-6 il ərzində uşaqların sayı 4 faiz, əhalinin ümumi tərkibindəki payı isə 6 faiz azalıb.

Azərbaycanda doğum sayının azalması məsələsi zaman- zaman Milli Məclisdə ciddi müzakirə olunur və müxtəlif sahələrdə tədbirlərin görülməsi təklif edilir.

Milli Məclisin deputatı Razi Nurullayev Azərbaycanda doğum sayının azalması ilə bağlı narahatlığını ifadə edib və bu tendensiyanın qarşısını almaq üçün bir sıra təkliflər irəli sürüb.

Deputat bildirib ki, birinci sinfə gedən şagirdlərin sayının azalması əhalinin sayının və nikaha daxil olanların sayının azalması ilə əlaqədardır. O, qeyd edib ki, bu vəziyyət ciddi siqnaldır və ailə quranların sayının azalması ilə bağlıdır.

R.Nurullayev vurğulayıb ki, uşaq yeməklərinin qiymətinin yüksək olması və gənclərin işlə təminatda qarşılaşdıqları çətinliklər ailə qurmaq və uşaq sahibi olmaq istəklərinə mənfi təsir göstərir.

Deputat hesab edir ki, yeni doğulan uşaqların uşaq yeməyi ilə təminatı dövlət tərəfindən aparılmalıdır. Əks halda, doğum sayının daha da azalacağına diqqət çəkib. O, həmçinin uşaqpulunun mərhələli şəkildə tətbiq edilməsini və çoxuşaqlı ailələrə dəstək verilməsini təklif edib.

Onun bu təklifləri, Azərbaycanda demoqrafik vəziyyətin stabilləşdirilməsi və doğum sayının artırılması məqsədilə dövlətin sosial siyasətində dəyişikliklərin edilməsinin vacibliyini göstərir.


Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq Elçin Bayramlının “Sherg.az"a açıqlamasına görə, Azərbaycanda son 5 ildə doğum səviyyəsinin 65 faiz azalması artıq SOS siqnalıdır və çox ciddi təhlükədən xəbər verir. Onun sözlərinə görə, ölkəmizdə uzun əsrlər demoqrafik vəziyyətlə bağlı heç bir çətinlik yaşanmayıb, həmişə doğum səviyyəsi ölüm səviyyəsindən xeyli yüksək olub. Yalnız son onilliklərdə vəziyyət dəyişib, artıq doğumun kəskin azalması baş verib, əhalinin qocalması tendensiyası yaranıb:

seeBaxış sayı:80
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Aprel 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri