Doğum vaxtı öldüyü iddia olunan beş uşağının ikisi sağ imiş 4 İL SONRA ORTAYA ÇIXAN ŞOK FA…
Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Masallı rayonu, Xıl kənd sakini Məmmədova Ayşən Əlvan qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub.
Şikayətçi saytımız vasitəsilə Baş prokuror Kamran Əliyevə müraciət edir: “Hörmətli Kamran Əliyev!
Mən, Məmmədova Ayşən Əlvan qızı, yazaraq Sizdən kömək istəyirəm.
Başıma olmazın oyunu açılıb, 3 günlük olan 2 övladım xəstəxanadan oğurlanıb.
Belə ki, 2021-ci il avqust ayının 18-də süni mayalanma nəticəsində 5 uşaq dünyaya gətirmişəm.
Hamilə vaxtı müalicə xərclərimi, daha sonra isə uşaqların doğum pulunu Birinci vitse-prezident Mehriban xanım Əliyeva öz üzərinə götürmüşdü.
Sağ olsun, müraciətimi cavabsız qoymamışdı. Doğuşdan sonra uşaqların vəziyyətlərinin orta səviyyədə olduğunu bildirmişdilər.
Tam oxu
Xəbəri oxu