Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Doğum vaxtı öldüyü iddia olunan beş uşağının ikisi sağ imiş 4 İL SONRA ORTAYA ÇIXAN ŞOK FAKTLAR

Doğum vaxtı öldüyü iddia olunan beş uşağının ikisi sağ imiş 4 İL SONRA ORTAYA ÇIXAN ŞOK FAKTLAR

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Masallı rayonu, Xıl kənd sakini Məmmədova Ayşən Əlvan qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Baş prokuror Kamran Əliyevə müraciət edir:

“Hörmətli Kamran Əliyev!

Mən, Məmmədova Ayşən Əlvan qızı, yazaraq Sizdən kömək istəyirəm. Başıma olmazın oyunu açılıb, 3 günlük olan 2 övladım xəstəxanadan oğurlanıb.

Belə ki, 2021-ci il avqust ayının 18-də süni mayalanma nəticəsində 5 uşaq dünyaya gətirmişəm. Hamilə vaxtı müalicə xərclərimi, daha sonra isə uşaqların doğum pulunu Birinci vitse-prezident Mehriban xanım Əliyeva öz üzərinə götürmüşdü. Sağ olsun, müraciətimi cavabsız qoymamışdı.

Doğuşdan sonra uşaqların vəziyyətlərinin orta səviyyədə olduğunu bildirmişdilər.

Həkimim həm də Respublika Perinatal Mərkəzinin Baş həkimi vəzifəsində çalışırdı. Biraz özümə gələndən sonra uşaqları soruşdum. Dedi ki, “uşaqlar yaxşıdı, küvəzdədirlər”.

Mənim isə səhhətim yaxşı deyildi. Səhər açıldı, həkim dedi ki, uşaqları daha yaxşı xəstəxanaya, yəni “Leyla Şıxliniskaya”ya göndərdim, narahat olma biraz özünə gəl, gedib görəcəksən.

Avqust ayının 21-də isə balaca bir qutu gətirib dedilər ki, uşaqlarının 5-i də ölüb. Qismətimizlə barışıb, bizə verdikləri qutunu basdırdıq. Dəfələrlə tapşırdılar ki, qutunu açmayın. Həmin vaxt fikirləşirdik ki, bizim üçün belə deyirlər, görüb pis olmağımızı istəmirlər. Odur ki, həyatla barışaraq, yaşayış tərzimizə davam etməyə başladıq. Amma ağlımıza gəlməzdi ki, 4 il sonra 2 övladımın sağ olduğunu öyrənəcəm.

2 iyul 2024-cü ildə telefon nömrəmə mesaj gəldi: “Sizə 200 manat məbləğində birdəfəlik müavinat təyin olunub. Vəsaiti “Kapital Bank”ın istənilən filialından əldə edə bilərsiz”. Bu sms məni şübhəyə saldı. Necə olar ki, dövlət ölü uşaqlara süd pulu verir?! Həm də, əgər bu belədirsə, 5 uşağa da versin, niyə məhz ikisinə pul ayrılır?!

Bu mesajdan sonra ağlım qarışmışdı. Səhəri gün həmin sms təkrar göndərildi. Bu səbəbdən, banka yaxınlaşıb, hər uşağa 200 manat, toplam olaraq 400 manat süd pulu aldım. Daha sonra dərhal DİN-in 102 xidmətini yığıb, bu haqda məlumat verdim. Həmin vaxtlarda isə artıq bilirdim ki, Respublika Perinatal Mərkəzin rəhbər şəxsləri etdikləri əməllərə görə həbs olunub.

Bir neçə saat sonra Xətai Rayon Prokurorluğuna dəvət edildim. Fərid adlı müstəntiq narahat olmamağımı və mənə kömək edəcəyini bildirdi. Aylar keçdi, Fərid müəllim məni çağırıb dedi ki, gəl ərizə yaz, bu məsələni bağlayaq, bu söhbəti qurdalama, bağlanıb gedib. Dedim, Fərid müəllim, qəbir açılsın, baxılsın ki, orda neçə uşaq var. Mən dövlətdən uşaq pulu almışam. 5 uşağım da ölübsə, dövlət niyə deyir ki, 2 övladın sağdır, biz ona süd pulu veririk?! Bir daha dedi ki, qol çəkin, bu məsələ bağlanılsın. Qol çəkmədim, otaqdan çıxdım. Yenə də işi bağladılar.

Hörmətli Kamran Əliyev!

Dövlət ölən uşaqlara süd pulu versə, 5 uşağa verərdi. Mənim övladlarım satılıb. Xahiş edirəm, onları tapmaqda mənə kömək edin.

ASAN Xidmətdə də mənə bildirdilər ki, sizin 3 övladınızın ölüm kağızı var, amma ikisi sağdır. Xahiş edirəm, mənə kömək edin”.

Jalə FAMİLQIZI

Redaksiyadan:Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 21 Oktyabr 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see284

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see277

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see216

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see213

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see208

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see199

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see198

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see195

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see186

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see181

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see177

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see172

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see156

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see154

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see154

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see153

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see152

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see151

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri