Icma.az, Sia Az portalına istinadən məlumat yayır. “ABŞ dollarının qlobal valyuta ehtiyatlarındakı payının azalması beynəlxalq maliyyə siste
Bu tendensiyanın bir neçə əsas amili mövcuddur. Son illərdə ABŞ-ın yüksək büdcə kəsirləri və dövlət borcunun sürətlə artması dolların uzunmü
Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.
Onun sözlərinə görə, Eyni zamanda, ABŞ-ın maliyyə sanksiyalarını geosiyasi alət kimi daha fəal şəkildə tətbiq etməsi bir çox ölkələri valyuta ehtiyatlarını diversifikasiya etməyə sövq etmişdir: ”Çin yuanının və avronun, həmçinin qızılın qlobal ehtiyatlarda payının tədricən artması, regional valyutalarla ticarət razılaşmalarının genişlənməsi və mərkəzi bankların riskləri yaymaq istiqamətində apardığı siyasət də dolların dominant roluna alternativlər yaradır.
Rəqəmsal valyutalar və mərkəzi bankların rəqəmsal pulları ilə bağlı inkişaflar da uzunmüddətli perspektivdə ABŞ dollarına alternativ imkanların artmasına təsir göstərir.
Dolların qlobal valyuta sistemindəki rolunun zəifləməsi beynəlxalq maliyyə sistemində parçalanma və çoxqütblülük meyllərini gücləndirir.
Qlobal likvidliyin idarə olunması daha mürəkkəb hala gəlir, çünki vahid “təhlükəsiz liman” funksiyası zəifləyir.
Ticarət hesablaşmalarının müxtəlif valyutalara keçməsi valyuta risklərini artıraraq hedcinq xərclərinin yüksəlməsinə və maliyyə bazarlarında dəyişkənliyin artmasına səbəb olur.