GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bir müddətdir qızılın qiyməti ilə bağlı müxtəlif fərziyyələr irəli sürülür.
Məsələn, “Goldman Sachs Group Inc” şirkətinin proqnozuna görə, Federal Ehtiyat Sisteminin (FED) müstəqilliyi zərbə alsa və investorlar ABŞ Xəzinə istiqrazlarında saxladıqları vəsaitin kiçik bir hissəsini belə qızıla yönəltsələr, onun qiyməti bir unsiya üçün təxminən 5000 dollara yüksələcək.
Belə bir ssenari mümkündürmü? Bu halda dolların aqibəti necə olacaq?
Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, sözügedən ehtimal ekstremal görünür: “Qızılın dəyəri bir sıra amillərdən asılıdır.
Son dövrlərdə FED-in müstəqilliyinə təzyiqlər artıb. ABŞ Prezidenti Donald Trampın bəzi addımları maliyyə sabitliyini zəiflədib.
Əgər bu müstəqillik və sabitlik daha da pozularsa, investorların alternativ yatırım kimi qızıla üz tutması, nəticədə qiymətin yüksəlməsi mümkündür.
Digər tərəfdən inflyasiyanın artacağı ehtimalı gücləndikcə, qızıla tələbat da artır.