Icma.az
close
up
RU
Dollarla bağlı mühüm proqnoz Dəyişiklik ola bilər

Dollarla bağlı mühüm proqnoz Dəyişiklik ola bilər

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bir müddətdir qızılın qiyməti ilə bağlı müxtəlif fərziyyələr irəli sürülür. Məsələn, “Goldman Sachs Group Inc” şirkətinin proqnozuna görə, Federal Ehtiyat Sisteminin (FED) müstəqilliyi zərbə alsa və investorlar ABŞ Xəzinə istiqrazlarında saxladıqları vəsaitin kiçik bir hissəsini belə qızıla yönəltsələr, onun qiyməti bir unsiya üçün təxminən 5000 dollara yüksələcək.

Belə bir ssenari mümkündürmü? Bu halda dolların aqibəti necə olacaq?

Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, sözügedən ehtimal ekstremal görünür:

“Qızılın dəyəri bir sıra amillərdən asılıdır. Son dövrlərdə FED-in müstəqilliyinə təzyiqlər artıb. ABŞ Prezidenti Donald Trampın bəzi addımları maliyyə sabitliyini zəiflədib. Əgər bu müstəqillik və sabitlik daha da pozularsa, investorların alternativ yatırım kimi qızıla üz tutması, nəticədə qiymətin yüksəlməsi mümkündür. Digər tərəfdən inflyasiyanın artacağı ehtimalı gücləndikcə, qızıla tələbat da artır. “Goldman Sachs Group Inc.”in analitikləri bildirirlər ki, Trampın siyasəti ilə bağlı ziddiyyətli proqnozlar mövcuddur. Bir qrup inflyasiyanın yüksələcəyini, digərləri isə sabit qalacağını düşünür. ABŞ maliyyə sisteminə inamın azalması da qızıla tələbi artıran əsas səbəblərdəndir”.

Elçin Rəşidov

İqtisadçı qeyd edib ki, geosiyasi risklər, xüsusilə müharibə dövrləri həmişə qızılın qiymətini yüksəldib:

“Risklər artanda həm qızıla, həm də kriptovalyutalara maraq artır. Belə vəziyyətlərdə investorların istiqrazlardan imtina edib qızıla yönəlməsi qiymətin kəskin bahalaşmasına səbəb ola bilər. Tarixi təcrübə göstərir ki, qızılın qiyməti artanda dollar adətən ucuzlaşır. FED-ə və ABŞ dollarının qlobal rezerv statusuna inam azaldıqda, dollardan kütləvi imtina onun dəyərini ciddi şəkildə sarsıdır. Bu isə qısa müddətdə qızılın daha da bahalaşmasına yol aça, uzunmüddətli dövrdə isə investorların digər valyutalarda aktivlərə üstünlük verməsinə gətirib çıxara bilər”.

Ekspert əlavə edib ki, qızıl əsasən sığorta aləti kimi qəbul edilir:

“Azərbaycan Dövlət Neft Fondu və digər investisiya fondları da portfellərində müəyyən faizlə qızıla sərmayə edirlər. Böhran dövrlərində bu faiz artır, sabitlik dövrlərində isə azalır. Yəni qeyri-sabit şəraitdə qızıla yatırım edənlər, sabit dövrlərdə isə istiqraz və səhmlərə üstünlük verənlər daha çox qazanırlar. Nəticə etibarilə, qızılın 5000 dollaradək yüksəlməsi yalnız qlobal maliyyə bazarlarında güclü inamsızlıq və yeni böhran yaranacağı halda mümkündür. İstənilən halda, bütün investisiya portfellərində riskləri balanslaşdırmaq üçün müəyyən həcmdə qızıla sahib olmaq ənənəvi qaydadır”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Sentyabr 2025 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see398

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see371

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see351

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see333

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see293

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see286

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see281

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see274

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see252

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see247

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see241

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see240

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see235

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see232

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see224

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see216

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see203

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see196

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri