GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniya Krallığı Hökumətinin Sədri Pedro Sançezi Dolmabaxça İş Ofisində qəbul edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Görüşdə Türkiyə-İspaniya ikitərəfli münasibətləri, regional və qlobal məsələlər müzakirə olunub.
Prezident Ərdoğan bildirib ki, iki ölkə arasında ticarət həcminin artırılması üçün işlər davam edir.
O qeyd edib ki, Türkiyə və İspaniya başda müdafiə sənayesi və nəqliyyat sahələri olmaqla bir çox istiqamətdə əməkdaşlığı inkişaf etdirmək üçün səylərini davam etdirəcək.
Ərdoğan İspaniyanın İsrailin Qəzzada törətdiyi soyqırıma qarşı qətiyyətli və şərəfli mövqe sərgilədiyini vurğulayıb.
O əlavə edib ki, Türkiyənin prioriteti Qəzzaya humanitar yardımların çatdırılmasıdır və ortaq səylərlə Fələstindəki zülmün sona çatdırılacağına inanır.