Icma.az
close
up
RU
Dolmabaxçada vacib görüş: Ərdoğan və Sançezdən Qəzza və Ukrayna mesajı

Dolmabaxçada vacib görüş: Ərdoğan və Sançezdən Qəzza və Ukrayna mesajı

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniya Krallığı Hökumətinin Sədri Pedro Sançezi Dolmabaxça İş Ofisində qəbul edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Görüşdə Türkiyə-İspaniya ikitərəfli münasibətləri, regional və qlobal məsələlər müzakirə olunub.

Prezident Ərdoğan bildirib ki, iki ölkə arasında ticarət həcminin artırılması üçün işlər davam edir. O qeyd edib ki, Türkiyə və İspaniya başda müdafiə sənayesi və nəqliyyat sahələri olmaqla bir çox istiqamətdə əməkdaşlığı inkişaf etdirmək üçün səylərini davam etdirəcək.

Ərdoğan İspaniyanın İsrailin Qəzzada törətdiyi soyqırıma qarşı qətiyyətli və şərəfli mövqe sərgilədiyini vurğulayıb. O əlavə edib ki, Türkiyənin prioriteti Qəzzaya humanitar yardımların çatdırılmasıdır və ortaq səylərlə Fələstindəki zülmün sona çatdırılacağına inanır.

Avropa İttifaqına üzvlüyün Türkiyə üçün hələ də əsas hədəf olduğunu deyən Ərdoğan bu prosesin yenidən canlandırılması üçün Aİ-dən daha konstruktiv addımlar gözlədiklərini bildirib.

Prezident həmçinin vurğulayıb ki, Rusiya və Ukrayna arasında müharibənin bitməsi üçün Türkiyə səylərini davam etdirir. Onun sözlərinə görə, İstanbulda keçirilən danışıqlarda əsir mübadiləsi kimi mövzuların gündəmdə olması münaqişənin həlli yolunda inam artıran əhəmiyyətli addımlardır və ortaya çıxan fürsətlər boşa verilməməlidir.

Aysel Əliyeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 May 2025 21:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see369

Trampdan sərt ittihamlar: Vicdansız media

30 Avqust 2026 23:54see290

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see268

Qızı Rüfət Axundovu sevindirdi ÖZƏL

30 Avqust 2026 19:48see250

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see247

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see244

Qırmızı və yaşıl almaların faydaları Hansını yemək daha yaxşıdır?

31 Avqust 2026 03:05see243

Həkimlər dəhşətli bir diaqnoz qoyublar…

30 Avqust 2026 20:49see238

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see236

Orqanizminizdə iltihab varsa qəhvə için

31 Avqust 2026 02:04see234

Ermənistanda siyasi DƏYİŞİKLİK: Paşinyan rəqiblərinə qarşı hərəkətə keçdi

30 Avqust 2026 22:25see228

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see213

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see195

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see193

“Soçi” Şeydayevin iştirakı ilə üç xal qazandı

31 Avqust 2026 01:52see189

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see188

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see183

ABŞ ordusu Larak adasında SEPAH ın iki raket qurğusunu vurub

31 Avqust 2026 03:12see178

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see173

Serxio Ramos “Bernabeu”da “Real Madrid”in qələbəsini izlədi VİDEO

31 Avqust 2026 02:41see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri