Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır. Yox, Donald Tramp heç də dəli deyil. Donald Tramp "dəlicəsinə" ağıllıdır.
Mən həmişə demişəm: Rusiya-Ukrayna müharibəsi deyilən bir şey yoxdur, Amerika-Çin müharibəsinin Şərqi Avropa "filialı" var.
Liviyanı da Çinə görə dağıtmışdılar, Suriyanı da. Əslində Amerika-Çin müharibəsində vuruşan ordular təkcə Rusiya və Ukrayna deyil.
Yəmən üzərindən Səudiyyə Ərəbistanı və İran da bir-biri ilə müharibə aparır. Qəzzada, Livanda İsrail İranla savaşır.
Amerikalı strateqlər yaxşı bilir: Çin Yaxın Şərqin enerji resurslarına əl qoya bilsə, ABŞ-ın bu coğrafiyada liderliyini əlindən alacaq.
Bir ara Çin Səudiyyə Ərəbistanı ilə İranı barışdırmağa da çalışdı. Çünki bu ölkələr arasında Yəməndə gedən müharibənin əsl hədəfi Çindir.
Ancaq Amerikalılar Səudiyyə kral ailəsinə təzyiq göstərib, İranla barışığı yavaşlatdılar. Çin artıq dünyada ikinci iqtisadiyyatdır.
ABŞ və Avropa ölkələri üçün ciddi rəqibdir. Amerika da daxil olmaqla heç bir ölkənin iqtisadiyyatı Çininki qədər böyümür.