Icma.az
close
up
RU
Donald Tramp yeni müharibələrlə gəlir...

Donald Tramp yeni müharibələrlə gəlir...

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Yox, Donald Tramp heç də dəli deyil. Donald Tramp "dəlicəsinə" ağıllıdır.

Mən həmişə demişəm: Rusiya-Ukrayna müharibəsi deyilən bir şey yoxdur, Amerika-Çin müharibəsinin Şərqi Avropa "filialı" var. Liviyanı da Çinə görə dağıtmışdılar, Suriyanı da.

Əslində Amerika-Çin müharibəsində vuruşan ordular təkcə Rusiya və Ukrayna deyil. Yəmən üzərindən Səudiyyə Ərəbistanı və İran da bir-biri ilə müharibə aparır. Qəzzada, Livanda İsrail İranla savaşır. Amerikalı strateqlər yaxşı bilir: Çin Yaxın Şərqin enerji resurslarına əl qoya bilsə, ABŞ-ın bu coğrafiyada liderliyini əlindən alacaq. Bir ara Çin Səudiyyə Ərəbistanı ilə İranı barışdırmağa da çalışdı. Çünki bu ölkələr arasında Yəməndə gedən müharibənin əsl hədəfi Çindir. Ancaq Amerikalılar Səudiyyə kral ailəsinə təzyiq göstərib, İranla barışığı yavaşlatdılar.

Çin artıq dünyada ikinci iqtisadiyyatdır. ABŞ və Avropa ölkələri üçün ciddi rəqibdir. Amerika da daxil olmaqla heç bir ölkənin iqtisadiyyatı Çininki qədər böyümür.

Mötəbər araşdırma mərkəzləri yeni proqnozlar verib. Növbəti ildə ABŞ iqtisadiyyatı 2,7 faiz artacaq. Almaniyada, Fransada artım tempi daha az olacaq. Amma Çin iqtisadiyyatı 4,6 faiz böyüyəcək. Bunun qarşısını almaq üçün Amerikalılar 2016-cı ildə Donald Trampı hakimiyyətə gətirdilər. Məqsəd Çinlə ticarət müharibəsini başlatmaq idi. Tramp Çini dayandırmaq üçün müəyyən işlər gördü. Xeyli sənaye sahələri, Hindistana, Malayziyaya, körfəz ölkələrinə, başqa ölkələrə daşındı. Çin mallarına rüsumlar artırıldı. Ancaq bu, Amerika elitasında parçalanma, fikir bölünməsi yaratdı. Bəzilərinə görə, Trampsayağı metodlar yetərli deyil; Çinin dünya boyu ekspansiyasını dayandırmaq üçün onun resurslara çıxışını bağlamaq lazımdır deyə düşündülər. Eyni zamanda Çinin Avropa bazarını və qlobal logistika infrastrukturunu ələ keçirməsi narahatlıq doğurmuşdu. Almaniyanın dəniz limanlarında Çin hökmranlıq etməkdədir. Panama kanalına belə Çin nəzarət edir. Çin Afrikada Amerikanı və Avropa Birliyinin aparıcı ölkələrini sıxışdırdı. Çinin əli Rusiyanın resurslarına asanlıqla çatır, ABŞ-ın deyil.

Beləliklə Çini durdurmaq istədilər.

Bunun da yolunu silahlı müharibədə görürdülər. Ona görə Cozef Baydeni çətinliklə də olsa, 2020-ci ildə hakimiyyətə daşıdılar. Amerikanı Çinlə Ukrayna ərazisində üz-üzə gətirdilər. ABŞ Ukraynanı silahlandırırdı. Avropa ölkələri də Amerikanın basqısı altında, Rusiya təhlükəsi qarşısında Ukraynaya dəstək verdilər. Bu proses hələ də inersiya ilə davam edir. Rusiyanın arxasında isə Çin dayandı. Ruslar Kurskda çətinliyə düşəndə prezident Putin əvvəlcə Çinə, sonra da Şimali Koreyaya getdi. Niyə?! Çindən əsgər istəməyə. Çin, əlbəttə, öz əsgərini verməzdi və vermədi. Buna ehtiyac da yoxdur; Çinin proksi gücü var. Bu, Şimali Koreyadır. Çin Şimali Koreyadan həm ABŞ-a, həm Yaponiyaya, həm Cənubi Koreyaya qarşı çəkindirici alət kimi istifadə edir. Şimali Koreya Çinin ordusudur.

Bir vaxt Türkiyə Çində uyğurlara qarşı repressiyaları qınayanda, Pekin Ankaranı Pxenyanın dili ilə təhdid etmişdi.

Bəli, Şimali Koreya Çinin filialıdır. Putin Çindən Şimali Koreya əsgərlərinin icazəsini alıb, Ukraynaya qarşı müharibəyə gətirib. Şimali Koreyanın 10 min əsgəri Amerikanı dayandıracaq deyildi, təbii ki. Ancaq bu, Qərbi dünya müharibəsi ilə təhdid edirdi.

Xüsusilə, Şimali Koreyanın Ukraynada Rusiya tərəfsən döyüşə girməsi, Çinin rəqiblərini nüvə müharibəsi təhlükəsinin nə qədər real olduğuna "inandırmaq" üçün lazım gəlmişdi. Amerika isə nüvə təhıüləsinin nə demək olduğunu bilir; 1945-ci ildə atom bombalarını Yaponiyanın iki şəhərinə atan ABŞ özü olub. Bu silahın dağıdıcı gücünü yaxşı bilir.

İndi Donald Tramp gəlib. Ancaq əslində bu, indinin məsələsi deyil; Trampın Ağ Evə giriş bileti çoxdan hazırlanmışdı. 2022-ci ildə Putin Ukraynaya hücuma keçəndə artıq Amerika "dərin dövlət"i Trampı ikinci müddətə hazırlamağa çoxdan başlamışdı. Əgər Obama Çinə geosiyasi müqavimətin lideri olmuşdusa, Bayden Çinə qarşı silahlı mübarizənin komandanı idi. Bunlar nəticə verməyəndə yenə də üçüncü yol sınanacaqdı: ticarət müharibəsi. Donald Tramp məhz silahlı mübarizəni ticarət müharibəsi ilə əvəzləmək üçün gətirilib. Ukraynada hər iki tərəfdən slavyanəsilli əsgərlər Amerika Çini sanksiyalarla boğsun deyə ölürdülər. Rusiyanın özünə qoyulan sanksiyalar da Rusiyadan çox Çini vurmaq üçün idi.

Çin bu baxımdan müəyyənləşdirici gücdür: Amerika neft hasilatını azaldanda dünya bazarında neft bahalaşır, bundan Rusiya qazanır. Hasilat artanda neft ucuzlaşır, bundan Çin faydalanır, iqtisadiyyatını böyüdür. Ona görə də ABŞ elə bir yol tapmağa çalışır ki, dünya bazarında həm Rusiyanı sıxışdırsın, həm də Çin bu vəziyyətdən yararlana bilməsin. Belə bir yol kimi ABŞ Rusiyanı Avropa bazarından sıxışdırıb çıxarmağı, bu bazarı Amerikanın nəzarətinə keçirməyi görür. Eyni zamanda Yaxın Şərqin, Mərkəzi Asiyanın neft-qaz resurslarına da Çinin yolunu bağlamaq planları var. Bu məqsədlə Türkiyəni gücü ilə Rusiyanı və İranı vurub Suriyadan çıxardılar. Səudiyyə neftini və Qətər qazını Suriya və Türkiyə üzərindən boru xətləri ilə Avropaya çıxarmaq layihəsi aktuallaşdı. Bu, Avropanı Rusiyanın neft-qaz asılılığından xilas etmək üçündür. Buna cavab olaraq, Rusiya və İran strateji tərəfdaşlığı yenilədilər və Rusiyadan İrana Azərbaycan üzərindən qaz kəməri çəkilməsi haqda bəyanat ortaya çıxdı. Rusiya Azərbaycan və İran üzəribdən isti dənizlərə, eləcə də, Pakistan, Hindistan kimi böyük bazarlara çıxmağı hədəfləyib. Qərb bazarında mövqelərini itirə ruslar üzünü şərqə və cənub-şərqə tutur. İran prezidenti Pezeşkian Moskvaya gəlməzdən əvvəl Tacikistana getmişdi. Məlumdur ki, Mərkəzi Asiyanın beş ölkəsindən biri farsdilli Tacikistandır. Qalan dörd ölkə - Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan isə türk dövlətləridir. Türkiyənin Suriyadakı uğurundan sonra bu ölkədən sıxışdırılıb çıxarılmış Rusiya və İran Türkiyənin Mərkəzi Asiyaya yolunu bağlamaq, Türkiyəni bölgədən çıxarmaq qərarına gəliblər. Bunun üçün "Zəngəzur dəhlizi" məsələsində Moskva ilə Tehranın razılığa gəldiyini düşünmək olar. Buna görə Rusiya prezidentinin təbliğatçısı Dmitri Kiselyov Azərbaycanın rəhbərinə: "Azərbaycanda Türkiyənin hərbi bazası olacaqmı?"sualını verir...

Rusiya istəyir, "Zəngəzur dəhlizi" olsun, amma ona özü nəzarət eləsin. İstəyəndə qapımı açsın, istəyəndə bağlasın. Regionun bütün ölkələrini özündən asılı vəziyyətə salsın. Moskva bununla həm Mərkəzi Asiyanı, həm Cənubi Qafqazı, həm İranı, həm Türkiyəni öz təsiri altına almağı hədəfləyib.

Əgər Amerika Ermənistan hökuməti vasitəsilə bu dəhəlizə nəzarəti Rusiyanın əlindən alsa, o zaman Moskva Tehranı qabağa verib, onun "qırmızı xətt"i üzərindən dəhlizə mane olacaq. Nəticədə ABŞ-ın Türkiyə vasitəsilə Mərkəzi Asiyaya yolu qapanmış olur.

Türkiyə Türk Dövlətləri Təşkilatı fotmatında Cənubi Qafqazla Mərkəzi Asiyanı vahid geosiyasi və geostrateji məkanda birləşdirib, Anadolu ilə əlaqələndirmək istəyir. Bu halda Türkiyə həm Cənubi Qafqazda Rusiya ilə İran arasına daxil olaraq, Moskva-Tehran xəttini kəsir, həm də Mərkəzi Asiyada Rusiya ilə Çinin arasına nüfuz edərək, Moskva-Pekin xətti üzərinə çıxır.

Donald Trampın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı tərifləməsi, "dostum" deməsi də bunun mesajını verir. Çünki Yaxın və Orta Şərqdə, Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələrində Türkiyə ABŞ üçün vazkeçilməz tərəfdaşa çevrilib.

Donald Tramp Amerikanın geosiyasətini tamamilə iqtisadi maraqlar üzərinə keçirməyi hədəfləyib. Qrenlandiya da ona Arktikada plasdarm olaraq lazımdır -

Rusiyanı və Çini üstələmək üçün. Kanadanı da Arktikaya görə sıxır. Eyni zamanda Meksikaya və Panamaya yönəlik sərt çıxışları və planları Çinin Mərkəzi və Cənubi Amerikaya yolunu bağlamaq, yaxud onu əldə etdiyi mövqelərdən vurub geriyə atmağa yönəlib. Trampın gəlişi ilə Kubanın yenidən terrorizmin sponsoru elan edilməsi də bu prosesin bir elementidir. Həm də Kubaəsilli dövlət katibi Marko Rubionun dilindən...

Bir sözlə, Tramp müharibələri dayandırmaq şüarı ilə yeni müharibələr başlatmaq üçün gətirilib. Bunlar, əsasən, iqtisadi müharibələr olacaq.

Azərbaycanın bu strategiyada - proseslərdə yeri və rolu, əldə edəcəyi və ya itirə biləcəyi nələr ola bilər? Bu mövzunu ayrıca təhlil edəcəyik.

Bahəddin Həzi, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 22 Yanvar 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see207

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see200

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see171

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see152

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see149

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see143

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see140

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see137

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see136

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see135

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see134

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see132

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see131

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see131

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see129

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see129

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see126

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see123

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see122

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri