Icma.az, Moderator.az saytına istinadən bildirir. Məlum olduğu kimi, Donald Tramp ABŞ-ın 47-ci və Klivlenddən sonra yenidən hakimiyyətə qayı
Bəs Trampın dövründə mümkün gözləntilər hansılardır? Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Musavat.com-a danışıb: “ABŞ-da 20 yanvar tar
47-ci prezident kimi Ağ Evdə ikinci dövrünü keçirəcək Trampın mənsub olduğu Respublikaçılar Partiyası Senat və Nümayəndələr Palatasında çoxl
Bu, ona bir çox məsələni rahat şəkildə həll etməyə kömək edəcək.
Çünki Konqresin müxalifətin əlinə keçməsi yeni prezident üçün ciddi çətinliklərin yaranmasına səbəb ola bilərdi.
Daxili siyasətdə hakim Respublikaçılar Partiyasının nüfuzu güclü olduğu üçün əsas çətinlik məhz xarici siyasətdə yaşanacaq.” Politoloqun fikrincə, Trampı ən çox məşğul edən məsələlər isə Ukraynada davam edən müharibə, İran-İsrail gərginliyi və Çinlə iqtisadi müharibə olacaq: “Donald Tramp artıq Ukrayna ilə bağlı razılığa gəlmək üçün Vladimir Putinlə danışıqlara başlayacağını bildirib.
İnauqurasiya mərasimindən əvvəl Putin və Tramp komandası arasında müzakirələrin aparıldığı barədə məlumatlar var idi.
Rusiya razılıq əldə edilənə qədər Ukraynada daha çox uğur qazanmaq üçün hücumlarını genişləndirəcək.