Icma.az
close
up
RU
Donald Trampın ikinci hakimiyyəti: Dünya bu gərginliklərə hazırlaşır

Donald Trampın ikinci hakimiyyəti: Dünya bu gərginliklərə hazırlaşır

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Məlum olduğu kimi, Donald Tramp ABŞ-ın 47-ci və Klivlenddən sonra yenidən hakimiyyətə qayıdan ikinci prezident kimi and içdi və öz mesajlarını verdi. Bəs Trampın dövründə mümkün gözləntilər hansılardır?

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Musavat.com-a danışıb:

“ABŞ-da 20 yanvar tarixində and içərək səlahiyyətlərinin icrasına başlayan Donald Trampın dövründə dünyanı nələrin gözlədiyi hazırda ən geniş müzakirə edilən mövzudur. 47-ci prezident kimi Ağ Evdə ikinci dövrünü keçirəcək Trampın mənsub olduğu Respublikaçılar Partiyası Senat və Nümayəndələr Palatasında çoxluğa sahib olmağı bacarıb. Bu, ona bir çox məsələni rahat şəkildə həll etməyə kömək edəcək. Çünki Konqresin müxalifətin əlinə keçməsi yeni prezident üçün ciddi çətinliklərin yaranmasına səbəb ola bilərdi. Daxili siyasətdə hakim Respublikaçılar Partiyasının nüfuzu güclü olduğu üçün əsas çətinlik məhz xarici siyasətdə yaşanacaq.”

Politoloqun fikrincə, Trampı ən çox məşğul edən məsələlər isə Ukraynada davam edən müharibə, İran-İsrail gərginliyi və Çinlə iqtisadi müharibə olacaq:

“Donald Tramp artıq Ukrayna ilə bağlı razılığa gəlmək üçün Vladimir Putinlə danışıqlara başlayacağını bildirib. İnauqurasiya mərasimindən əvvəl Putin və Tramp komandası arasında müzakirələrin aparıldığı barədə məlumatlar var idi. Rusiya razılıq əldə edilənə qədər Ukraynada daha çox uğur qazanmaq üçün hücumlarını genişləndirəcək. Eyni zamanda, Zelenski administrasiyası da Qərbin verdiyi silahlardan istifadə edərək həm Kurskda, həm də Ukraynanın öz ərazisində əks-hücum əməliyyatlarını genişləndirəcək. Trampın əsas istəyi Çinə qarşı olan koalisiyaya Rusiyanı cəlb etməkdir. Ancaq razılıq əldə edilənə qədər ABŞ həm özü Ukraynaya yardım edəcək, həm də Avropadakı müttəfiqlərini buna məcbur edəcək.

İran-İsrail gərginliyi ilə bağlı da Tramp komandasının siyasəti aydındır. Səlahiyyətlərinin icrasına başlamamışdan əvvəl Yaxın Şərqdə İsrail və Həmas arasında sülhə nail olan ABŞ-ın əsas diqqəti İranın nüvə proqramına yönələcək. İsraildəki mövcud Netanyahu hökumətinin istəyi İrana qarşı əhatəli əməliyyatın həyata keçirilməsi və mövcud rejimin dəyişdirilməsidir. Rəsmi Tehran bunu bildiyi üçün əvvəlcədən hərəkətə keçib. İranın yeni hökuməti ABŞ-la mümkün münaqişədən qaçmaq üçün hər şeyi edir. Vitse-prezident Məhəmməd Cavad Zərif bir müddətdir ki, həm Bayden, həm də Tramp komandası ilə qeyri-rəsmi əlaqələr saxlayır. Lakin yeni administrasiyada İsrailə xüsusi yaxınlığı olan və İrana düşmən münasibət bəsləyən şəxslərin çoxluğunu nəzərə alsaq, ABŞ-ın Tramp dövründə İrana zərbə endirəcəyi ehtimal olunur.”

Zeynal Əmrəliyev qeyd edir ki, əgər nüvə məsələsində razılıq əldə edilməsə və İsraillə münasibətlərdə yeni gərginlik yaşanarsa, ehtimal ki, rəsmi Vaşinqton Körfəzdəki hərbi bazaları vasitəsilə İrana zərbələr endirəcək. Bundan başqa, yeni hakimiyyət dövründə ən mühüm əhəmiyyət kəsb edən məsələ isə Çinlə münasibətlər olacaq:

“Son zamanlar rəsmi Pekinin ABŞ-ı iqtisadi cəhətdən sıxışdırması və Tayvana hücumla bağlı verdiyi bəyanatlar Trampı sərt addımlar atmağa məcbur edə bilər. Çinə qarşı iqtisadi sanksiyaların genişləndirilməsi, eyni zamanda hərbi cəhətdən də Pekinə təzyiqlərin davam etdirilməsi gözlənilir. Tramp dövründə NATO-nun Sakit okeanda genişmiqyaslı hərbi təlimlərə başlaması da gözləniləndir. Eyni zamanda, Tramp komandası son zamanlar Çinlə iqtisadi əlaqələri genişləndirən Avropa ölkələrinə də təzyiq siyasətini artıracaq. Bu məsələ fevralda keçiriləcək seçkilərdən sonra Almaniyada hakimiyyətə gələcək yeni hökumət üçün çətin sınaq olacaq. Çünki son zamanlar rəsmi Berlinin Pekinlə münasibətlərində xüsusi yaxınlıq hiss olunur.

Yeni administrasiya dövründə ən çox zərər görən ölkələrin elə ABŞ-ın öz qonşuları – Meksika və Mərkəzi Amerika ölkələri olacağı şübhəsizdir. Trampın həyata keçirəcəyi anti-miqrant siyasəti ən çox bu ölkələrə təsir göstərəcək. ABŞ ilə yeni əlaqələr fonunda Meksikanın iqtisadi vəziyyətində çöküş müşahidə edilə bilər.

Donald Trampın Cənubi Qafqaz siyasətində isə ən çox zərər görəcək ölkənin Ermənistan olacağı şübhəsizdir. Bayden administrasiyasının tələsik “strateji əməkdaşlıq” haqqında saziş bağladığı Ermənistana Tramp dövründə əvvəlki dəstəyin verilməyəcəyi aydındır. Donald Trampın xarici siyasətində enerji amilinin əsas olduğunu nəzərə alsaq, Azərbaycanla münasibətlərdə mühüm irəliləyişlərin əldə ediləcəyi şübhəsizdir. Böyük ehtimalla, Tramp ölkəmizlə birinci prezidentlik dövründə mövcud olmuş müsbət əlaqələrin yeni dövrdə də davam etdirilməsini təmin edəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 Yanvar 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri