Donald Trampın qələbəsi Macarıstanda iqtisadçıları ruhlandırıb | Icma.az
Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir. Daxili istehlakın və xarici investisiyaların, o cümlədən BMW, BYD və CATL şirkətlərindən
AZƏRTAC xəbər verir ki, belə proqnozları macar iqtisadçıları yerli mediaya aparılan monitorinqin nəticələrinə əsasən verirlər.
Eyni zamanda, Almaniya iqtisadiyyatının (Aİ-nin birnömrəli iqtisadiyyatı) vəziyyətinin, habelə ABŞ və Avropa arasında ticarət gərginliyinin real risklər yaratdığı vurğulanır.
Ekspertlər hesab edirlər ki, Macarıstan iqtisadiyyatının 2024-cü ildəki göstəriciləri proqnozlardan geri qalacaq, lakin 2025-ci il əvvəlki illə müqayisədə daha yaxşı ola bilər.
Şübhəsiz ki, qaldırılan real əməkhaqqı və hökumət stimulları sayəsində daxili istehlakın həcmi də arta bilər, təxminən 80 faiz səviyyəsində sabitləşə bilər.
Xarici investisiyalar daxili ÜDM-in mühüm tərkib hissəsidir və hazırda BYD, BMW və ya CATL kimi yeni istehsal müəssisələri yaradılır ki, bu da cari ildə iqtisadi məhsulun 0,6 faiz, gələn il isə 0,8 faiz artımına töhfə verə bilər.
2030-cu ilə qədər bu investisiyaların birbaşa və dolayı təsirinin ÜDM-in 2-2,5 faizini təşkil edəcəyi proqnozlaşdırılır.
Bütövlükdə, ilin əsas məsələsi inflyasiyadır ki, bu da yanvarda gözlənilən 4,8 faiz səviyyəsindən yüksək olub və 5,5 faiz təşkil edib.
Tam oxu
Xəbəri oxu