“Donald Trampın “Sülh Şurası“: yeni təşəbbüs, köhnə suallar“ BBC | Icma.az
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Qəzza üçün nəzərdə tutulan təşəbbüs getdikcə qlobal iddialar doğurur, Ukrayna isə Rusiya ilə eyni masaya oturmaqdan imtina edir..." ABŞ prezidenti Donald Trampın irəli sürdüyü "Sülh Şurası" ideyası ilkin mərhələdə Qəzza bölgəsində münaqişənin tənzimlənməsi üçün nəzərdə tutulmuşdu və bu formatda BMT tərəfindən də ehtiyatla dəstəklənmişdi.
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
Lakin Vaşinqtondan yayılan yeni məlumatlar təşəbbüsün tədricən daha geniş - faktiki olaraq yeni bir beynəlxalq mexanizmə çevrildiyini göstərir.
Məhz bu məqam beynəlxalq aləmdə ciddi suallar doğurur. Kimlər dəvət olunub və Ukrayna niyə narazıdır?
"Bloomberg"-in 19 yanvar tarixli məlumatına görə, "Sülh Şurası"na 49 ölkənin lideri dəvət alıb.
Avropadan Ursula fon der Lyayen, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və Polşanın rəhbərləri, Asiyadan Çin, Hindistan, Pakistan və Yaponiya, Yaxın Şərqdən isə İsrail, Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və İordaniya siyahıya daxildir.
Fələstin Muxtariyyətinin dəvət olunmaması xüsusi diqqət çəkir. Tramp eyni zamanda Rusiya, Ukrayna və Belarus liderlərini də şuraya çağırıb.
Tam oxu
Xəbəri oxu