Icma.az
close
up
RU
“Donald Trampın “Sülh Şurası“: yeni təşəbbüs, köhnə suallar“ BBC

“Donald Trampın “Sülh Şurası“: yeni təşəbbüs, köhnə suallar“ BBC

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Qəzza üçün nəzərdə tutulan təşəbbüs getdikcə qlobal iddialar doğurur, Ukrayna isə Rusiya ilə eyni masaya oturmaqdan imtina edir..."

ABŞ prezidenti Donald Trampın irəli sürdüyü "Sülh Şurası" ideyası ilkin mərhələdə Qəzza bölgəsində münaqişənin tənzimlənməsi üçün nəzərdə tutulmuşdu və bu formatda BMT tərəfindən də ehtiyatla dəstəklənmişdi.

Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.

Lakin Vaşinqtondan yayılan yeni məlumatlar təşəbbüsün tədricən daha geniş - faktiki olaraq yeni bir beynəlxalq mexanizmə çevrildiyini göstərir. Məhz bu məqam beynəlxalq aləmdə ciddi suallar doğurur.

Kimlər dəvət olunub və Ukrayna niyə narazıdır?

"Bloomberg"-in 19 yanvar tarixli məlumatına görə, "Sülh Şurası"na 49 ölkənin lideri dəvət alıb. Avropadan Ursula fon der Lyayen, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və Polşanın rəhbərləri, Asiyadan Çin, Hindistan, Pakistan və Yaponiya, Yaxın Şərqdən isə İsrail, Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və İordaniya siyahıya daxildir. Fələstin Muxtariyyətinin dəvət olunmaması xüsusi diqqət çəkir.

Tramp eyni zamanda Rusiya, Ukrayna və Belarus liderlərini də şuraya çağırıb. Ukrayna prezidenti Volodimir Zelenski dəvəti aldığını təsdiqləsə də, Rusiya və Belarusun iştirak etdiyi hər hansı qurumda işləməyi qəbuledilməz saydığını bildirib.

Zelenski vurğulayıb ki, Rusiya Ukrayna üçün "sülh tərəfi" deyil və bu mövqe yalnız sözügedən şura ilə bağlı deyil - Kiyev prinsipial olaraq Moskva ilə eyni platformalarda təmsil olunmağı qəbul etmir.

Kimlər razılıq verib və üzvlük nəyə başa gəlir?

Albaniya, Argentina, Macarıstan, Qazaxıstan, Özbəkistan və Paraqvay liderləri şuraya qoşulmağa hazır olduqlarını açıqlayıblar. Belarus tərəfi də Lukaşenkonun iştirak niyyətini təsdiqləyib. Kanada baş naziri Mark Karni isə dəvəti qəbul etsə də, daimi üzvlük üçün tələb olunan 1 milyard dolları ödəməyəcəyini bildirib.

ABŞ administrasiyasının məlumatına görə, daimi üzv olmaq istəyən ölkələr üçillik müvəqqəti statusdan fərqli olaraq 1 milyard dollar ödəməlidir. Bu vəsaitin Qəzzanın bərpasına yönəldiləcəyi qeyd olunur.

BMT-yə alternativ yaradılırmı?

Tramp dünya liderlərinə ünvanladığı məktubda "Sülh Şurası"nı "taleyüklü və möhtəşəm təşəbbüs" adlandırır. "Reuters"-in əldə etdiyi layihə sənədinə əsasən, Tramp prezident postunu tərk etsə belə, şuranın ömürlük sədri qala bilər.

"Haaretz" qəzeti təşəbbüsü BMT-nin effektivliyi sual altında olan strukturlarına alternativ kimi dəyərləndirir. Fransa prezidenti Emmanuel Makrona yaxın mənbələr isə şuranın mandatının Qəzzanı aşdığını və bunun BMT prinsipləri ilə bağlı ciddi suallar yaratdığını bildirir. Ağ Ev isə planın BMT Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı qətnaməsinə uyğun olduğunu deyir.

Qəzzada real sülh mümkündürmü?

BMT-nin qiymətləndirməsinə görə, Qəzzada binaların təxminən 80 faizi dağıdılıb və 60 milyon ton dağıntı yaranıb. Humanitar vəziyyət ağır olaraq qalır, əsas problem isə kövrək atəşkəsin qorunmasıdır.

HƏMAS silahı yalnız Fələstin dövlətinin yaradılması ilə bağlı razılaşma əldə olunacağı halda yerə qoyacağını bildirir. İsrail isə qoşunlarını yalnız HƏMAS-ın tərksilahından sonra çıxarmağa hazır olduğunu deyir.

Bu ziddiyyətli mövqelər fonunda Donald Trampın "Sülh Şurası"nın real dəyişiklik yaradıb-yaratmayacağı hələlik açıq sual olaraq qalır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 Yanvar 2026 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri