Dondurma dadında banan

13.07.2026

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiyada dondurma dadında banan yetişdirilir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Soçi şəhərindəki istixanalarda vanilli dondurma dadını xatırladan qeyri-adi banan növünün yetişdirilməsi üzrə eksperimentlərə başlanılıb.

"100 hektar" kəndli-fermer təsərrüfatının rəhbəri Andrey Platonov bildirib ki, yeni banan növü mavi rəngli qabığı ilə seçiləcək, meyvənin iç hissəsi isə dadına görə vanilli dondurmanı xatırladacaq.

"Banan sortlarımızın çeşidini bir qədər də genişləndirməyi planlaşdırırıq. Son olaraq desert növü olan "mavi" bananı gətirib əkmişik. Onun içindəki yumşaq hissə vanilli dondurma dadına malikdir", – Platonov qeyd edib.

Təsərrüfat rəhbəri əlavə edib ki, bu ilin sonunadək Soçidəki istixanalarda daha bir neçə desert banan növü də əkiləcək. Bu məqsədlə Vyetnam, Tailand, Çin, Hindistan, Türkiyə, Kamerun və Ekvadordan gətirilən ekzotik banan sortlarından istifadə olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью