Dondurma dadında banan
Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiyada dondurma dadında banan yetişdirilir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Soçi şəhərindəki istixanalarda vanilli dondurma dadını xatırladan qeyri-adi banan növünün yetişdirilməsi üzrə eksperimentlərə başlanılıb.
"100 hektar" kəndli-fermer təsərrüfatının rəhbəri Andrey Platonov bildirib ki, yeni banan növü mavi rəngli qabığı ilə seçiləcək, meyvənin iç hissəsi isə dadına görə vanilli dondurmanı xatırladacaq.
"Banan sortlarımızın çeşidini bir qədər də genişləndirməyi planlaşdırırıq. Son olaraq desert növü olan "mavi" bananı gətirib əkmişik. Onun içindəki yumşaq hissə vanilli dondurma dadına malikdir", – Platonov qeyd edib.
Təsərrüfat rəhbəri əlavə edib ki, bu ilin sonunadək Soçidəki istixanalarda daha bir neçə desert banan növü də əkiləcək. Bu məqsədlə Vyetnam, Tailand, Çin, Hindistan, Türkiyə, Kamerun və Ekvadordan gətirilən ekzotik banan sortlarından istifadə olunacaq.
Baxış sayı:128
Bu xəbər 13 İyul 2026 18:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















