Donvurma zamanı ilkin tibbi yardım necə aparılmalıdır? | Icma.az
Icma.az bildirir, Saglamolun portalına istinadən. Donvurma uzun müddət hədsiz soyuqda qaldıqda baş verir və bu zaman orqanizm bədən temperat
Zərərçəkənə vaxtında müdaxilə isə olduqca vacibdir, əks təqdirdə nəticə acınacaqlı ola bilər.
Donvurma aşağı temperaturun dəri və dərialtı toxumalara təsiri nəticəndə baş verir və bu zaman orqanizmdə qan dövranı pozulur, donan nahiyədə keyləşmə, dəridə şişkinlik, qızartı və barmaqlarda uyuşma müşahidə olunur.
Kəskin hava şəraiti ilə yanaşı uzun müddət nəm paltar və ayaqqabıda qalmaq, fiziki hərəkətsizlik donvurmaya səbəb olan amillərdəndir.
Xezerxeber.az xəbər verir ki, həkim-terapevt Nahid Məhərrəmov bununla əlaqədar deyib: “Don vurmamışdan əvvəl əl, üz, qulaq və alının üşüməsi zamanı onları ovxalamaq və ya ovuşdurmaq lazımdır ki, qan dövranı yaxşılaşsın və toxuma zədələnməsin.
Donvurma zamanı zədələnmiş nahiyədə hissiyyatın itməsi, dərinin həssaslığının kəskin azalması, zədələnmiş nahiyənin quruması, keyləşməsi, donmuş sahənin bərk və ya yumşaq olması, şişkinlik, isinəndən sonra suluqların əmələ gəlməsi, dəri rənginin dəyişməsi, barmaqlarda gizildəmə, qızdırılma zamanı don vuran yerin ağrı verməsi, yanğı hissi və s.
əlamətlər yaranır. Tibbi yardımın əsas prinsipi zədələnmiş nahiyəni isitmək və təkrar soyumadan qorumaqdır.
Hansı nahiyəni don vurursa, orda artıq hissiyyat itir və toxuma zədələnir. Hətta bu zaman insan həyatını itirə də bilər”.
Tam oxu
Xəbəri oxu