Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Donvurma zamanı ilkin tibbi yardım necə aparılmalıdır?

Donvurma zamanı ilkin tibbi yardım necə aparılmalıdır?

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Donvurma uzun müddət hədsiz soyuqda qaldıqda baş verir və bu zaman orqanizm bədən temperaturunu tənzimləyə bilmir.

Zərərçəkənə vaxtında müdaxilə isə olduqca vacibdir, əks təqdirdə nəticə acınacaqlı ola bilər. Donvurma aşağı temperaturun dəri və dərialtı toxumalara təsiri nəticəndə baş verir və bu zaman orqanizmdə qan dövranı pozulur, donan nahiyədə keyləşmə, dəridə şişkinlik, qızartı və barmaqlarda uyuşma müşahidə olunur. Kəskin hava şəraiti ilə yanaşı uzun müddət nəm paltar və ayaqqabıda qalmaq, fiziki hərəkətsizlik donvurmaya səbəb olan amillərdəndir.

Xezerxeber.az xəbər verir ki, həkim-terapevt Nahid Məhərrəmov bununla əlaqədar deyib: “Don vurmamışdan əvvəl əl, üz, qulaq və alının üşüməsi zamanı onları ovxalamaq və ya ovuşdurmaq lazımdır ki, qan dövranı yaxşılaşsın və toxuma zədələnməsin. Donvurma zamanı zədələnmiş nahiyədə hissiyyatın itməsi, dərinin həssaslığının kəskin azalması, zədələnmiş nahiyənin quruması, keyləşməsi, donmuş sahənin bərk və ya yumşaq olması, şişkinlik, isinəndən sonra suluqların əmələ gəlməsi, dəri rənginin dəyişməsi, barmaqlarda gizildəmə, qızdırılma zamanı don vuran yerin ağrı verməsi, yanğı hissi və s. əlamətlər yaranır. Tibbi yardımın əsas prinsipi zədələnmiş nahiyəni isitmək və təkrar soyumadan qorumaqdır. Hansı nahiyəni don vurursa, orda artıq hissiyyat itir və toxuma zədələnir. Hətta bu zaman insan həyatını itirə də bilər”.

Əl və ayaqlar donvurmaya daha tez məruz qalır, həmçinin donvurma səthi və dərin olur. Həkim-terapevtin dediyinə görə, ilkin olaraq zərərçəkəni isti yerə aparmaq və donvuran nahiyəni suya salmaq lazımdır: “Don vuranı isti mühitə çəkmək və onun zərər çəkən nahiyələrini 20 dərəcə temperaturda suya salmaq məsləhətdir. Həmin temperaturda olan suyu yarım saatdan sonra yavaş-yavaş isidə-isidə don vuranın üzərinə tökmək olar. Çalışmaq lazımdır ki, həmin suyun hərarəti 40-41 dərəcədən yüksək olmasın. Bəzən don vurana isti içki, spirt, spirtli içki vermək istəyirlər, lakin bu, yolverilməzdir. Çünki huş aydın olmalıdır ki, suyu qəbul etmək və udmaq mümkün olsun”.

Bunlarla yanaşı don vuran nahiyəyə həkim məsləhəti olmadan toxunmaq, yaxud masaj etmək olmaz: “Təəssüf ki, bəzən don vuran nahiyəni masaj etməyə cəhd göstərir, yaranan qabarcıq və suluqları partlatmaq istəyirlər. Bunu qətiyyən etmək olmaz. Don vuran orqanizmdə əmələ gələn suluq, şişkinlik və nahamar nahiyəyə 20-21 dərəcə istiliyi olan hər hansı bir tənzif və ya yaylıq parçası qoymaq lazımdır”, - deyə N. Məhərrəmov bildirib.

Donvurma zamanı toxumalar dərhal zədələnmir, əvvəlcə soyuğun təsirindən həssaslığını və rəngini itirməyə başlayır. Ona görə də ilkin müdaxilənin vaxtında və düzgün aparılması çox vacibdir.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:261
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 04:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see588

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see426

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see421

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see391

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see374

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see370

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see332

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see267

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see256

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see248

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see234

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see232

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see218

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see216

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see215

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see212

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see211

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see209

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see181

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri