Dopinqə düşsə də, Gənclər və İdman Nazirliyi adını mükafatçılar sırasında təqdim edir

27.01.2026

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda keçirilən III MDB Oyunları üçün təmir olunan Şəki Olimpiya Kompleksi yenidən qurularkən ciddi səhvlərə yol verilib.

“Qafqazinfo” xəbər verir ki, Gənclər və İdman Nazirliyi tərəfindən arenada asılan tablolarda yunan-Roma güləşçisi Vitaliy Rəhimovun adı da Olimpiya mükafatçısı kimi qeyd edilib. 

Maraqlısı budur ki, Azərbaycan yunan-Roma güləşçisi Vitali Rəhimov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medaldan məhrum edilib.  Onun haqqında 2016-cı ildə bu cür qərar verilib. 

Səbəb idmançımızın dopinq-testinin təkrar analizinin müsbət nəticə verməsi göstərilib. 

Onun orqanizmindən istifadəsi qadağan olunmuş dehidroxlormetiltestosteron (Turinabol) preparatı tapılıb.

Bütün bunlara baxmayara ötən il MDB Oyunları üçün təmir olunan kompleksdə onun adı hələ də Olimpiya mükafatçıları sırasında qalır. 

Tabloda digər səhv isə Olimpiya mükafatçımız Xetaq Qazyumovun adı ilə bağlıdır. Belə ki, onun adı “Xetaq Gazümov” kimi qeyd edilib. 

Gənclər və İdman Nazirliyinə bununla bağlı soruğu ünvanlamaq istəsək də, nazirliyin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev zənglərimizə cavab vermədi. 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью