Dopinqə düşsə də, Gənclər və İdman Nazirliyi adını mükafatçılar sırasında təqdim edir
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanda keçirilən III MDB Oyunları üçün təmir olunan Şəki Olimpiya Kompleksi yenidən qurularkən ciddi səhvlərə yol verilib.
“Qafqazinfo” xəbər verir ki, Gənclər və İdman Nazirliyi tərəfindən arenada asılan tablolarda yunan-Roma güləşçisi Vitaliy Rəhimovun adı da Olimpiya mükafatçısı kimi qeyd edilib.
Maraqlısı budur ki, Azərbaycan yunan-Roma güləşçisi Vitali Rəhimov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medaldan məhrum edilib. Onun haqqında 2016-cı ildə bu cür qərar verilib.
Səbəb idmançımızın dopinq-testinin təkrar analizinin müsbət nəticə verməsi göstərilib.
Onun orqanizmindən istifadəsi qadağan olunmuş dehidroxlormetiltestosteron (Turinabol) preparatı tapılıb.
Bütün bunlara baxmayara ötən il MDB Oyunları üçün təmir olunan kompleksdə onun adı hələ də Olimpiya mükafatçıları sırasında qalır.
Tabloda digər səhv isə Olimpiya mükafatçımız Xetaq Qazyumovun adı ilə bağlıdır. Belə ki, onun adı “Xetaq Gazümov” kimi qeyd edilib.
Gənclər və İdman Nazirliyinə bununla bağlı soruğu ünvanlamaq istəsək də, nazirliyin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev zənglərimizə cavab vermədi.

Baxış sayı:92
Bu xəbər 27 Yanvar 2026 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















