Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi – “DOST” – tərəfindən elan edilən 2 tenderə yekun vurulub.
Valyuta.Az xəbər verir ki, Agentliyin yekunlaşan tenderləri Tərtər və Neftçala “DOST” filialları üçün müxtəlif avadanlıqların satın alınması ilə bağlı olub.
Hər 2 tenderin də qalibi eyni şirkət – “Mac Construction” QSC – olub.
Məlumata əsasən, Tərtər filialı üçün avadanlıqların alınmasına görə QSC-yə 497.551,96 AZN, Neftçala filialı üçün avadanlıqların alınmasına görə isə 755.606,19 AZN ödənəcək.
Dövlət satın almaların vahid internet portalına yerləşdirilən məlumatlara əsasən, bu tərəflər arasında ilk müqavilə bağlanışı deyil.
Ötən ayın əvvəllərində də tərəflər arasında Naxçıvan DOST Mərkəzi üçün avadanlıqların alınması ilə bağlı da müqavilə imzalanmışdı.
Həmin müqavilənin dəyəri isə 1.2 milyon manat olub. Bundan əlavə 4 saylı Bakı “DOST” Mərkəzinin inzibati binasının təmir olunması da eyni şi