Icma.az
close
up
RU
DOST lar üçün 1.2 milyon ayrıldı

DOST lar üçün 1.2 milyon ayrıldı

Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi – “DOST” – tərəfindən elan edilən 2 tenderə yekun vurulub.

Valyuta.Az xəbər verir ki, Agentliyin yekunlaşan tenderləri Tərtər və Neftçala “DOST” filialları üçün müxtəlif avadanlıqların satın alınması ilə bağlı olub.

Hər 2 tenderin də qalibi eyni şirkət – “Mac Construction” QSC – olub.

Məlumata əsasən, Tərtər filialı üçün avadanlıqların alınmasına görə QSC-yə 497.551,96 AZN, Neftçala filialı üçün avadanlıqların alınmasına görə isə 755.606,19 AZN ödənəcək.

Dövlət satın almaların vahid internet portalına yerləşdirilən məlumatlara əsasən, bu tərəflər arasında ilk müqavilə bağlanışı deyil.

Ötən ayın əvvəllərində də tərəflər arasında Naxçıvan DOST Mərkəzi üçün avadanlıqların alınması ilə bağlı da müqavilə imzalanmışdı. Həmin müqavilənin dəyəri isə 1.2 milyon manat olub.

Bundan əlavə 4 saylı Bakı “DOST” Mərkəzinin inzibati binasının təmir olunması da eyni şirkətə həvalə olunmuşdu.

Sabirabad DOST Mərkəzinin binasının inşası üzrə söküntü, tikinti və müxtəlif təchizat işlərinin həvalə olunduğu şirkətlərin də biri də məhz “Mac Construction” QSC olub (digər şirkət “Kriptonit İnşaat” QSC olub). Həmin vaxtı isə tərəflər arasında 9.594.996,47 AZN dəyərində müqavilə imzalanmışdı.

Həmçinin şirkət “Aztex Construction” MMC ilə birlikdə Gəncə “DOST” və Protez-Ortopedik Bərpa Mərkəzinin binasının inşası üzrə söküntü, tikinti və müxtəlif təchizat işlərinin həyata keçirilməsi üzrə Agentliklə 12.707.774,71 AZN dəyərində müqavilə bağlamışdı.

Sumqayıt DOST Mərkəzinin tikintisinin aparılması və müxtəlif təchizat avadanlıqlarının satın alınması işlərinin həvalə olunduğu 2 şirkətdən biri yenə “Mac Construction” QSC olmuşdu. Həmin vaxtı isə “Allintertorg” MMC ilə birlikdə Agentliklə 8.999.266,61 AZN-lik müqavilə imzalanmışdı.

Binəqədi DOST Mərkəzinin əsaslı təmir işlərinin II mərhələsinin həvalə olunduğu şirkətlərdən biri dəyişsə də digəri yenə “Mac Construction” QSC olub. Və konsorsiumla Agentlik arasında 1.123.625,54 AZN dəyərində müqavilə imzalanmışdı.

Qeyd edək ki, “Mac Construction” QSC Dayanıqlı və Operativ Sosial Təminat Agentliyindən başqa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan başqa qurumların da bir neçə tenderinin qalibi olub.

QSC aldığı məbləğlər qarşılığında çirkab su anbarının təmizlənməsindən tutmuş mini futbol meydançasının qazon örtüyünün dəyişdirilməsinə qədər müxtəlif xidmətlər göstərib.

“Mac Construction” QSC

– 20.05.2021 tarixində Dövlət Sosial Müdafiə Fondu ilə 82.426,96 AZN

– 16.05.2023 tarixində Dövlət Sosial Müdafiə Fondu ilə 12.275,54 AZN

– 24.06.2023 tarixində Sosial Xidmətlər Agentliyi ilə 97.602,52 AZN

– 02.11.2023 tarixində Dövlət Məşğulluq Agentliyi ilə 79.499,4 AZN

– 16.11.2023 tarixində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Mərdəkan Müalicə Pansionatı ilə 38.897,52 AZN

– 13.12.2023 tarixində Sosial Xidmətlər Agentliyi ilə 60.536,36 AZN

– 26.12.2023 tarixində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə 132.335,82 AZN

– 12.08.2024 tarixində Sosial Xidmətlər Agentliyi ilə 14.337 AZN

– 28.08.2024 tarixində Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi ilə 51.548,3 AZN

– 21.11.2024 tarixində Sosial Xidmətlər Agentliyi ilə 490.963,99 AZN dəyərində müqavilə imzalayıb.

Bunlardan savayı QSC bir neçə dəfə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birbaşa elan etdiyi tenderlərin qalibi olub.

Təsis edildiyi vaxtdan 1 il 5 gün sonra Nazirliyin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə respublikanın 36 şəhər və rayonunda (Ağcabədi, Beyləqan, Tərtər, Ağdaş, Ağsu, Ucar, Zərdab, Qobustan, Ağstafa, Samux, Şəmkir, Tovuz, Yevlax, Zaqatala, Qax, Qazax, Qəbələ, Daşkəsən, İsmayıllı, Astara, Lerik, Masallı, Balakən, Saatlı, Biləsuvar, Neftçala, Yardımlı, İmişli, Goranboy, Kürdəmir, Oğuz, Quba, Salyan, Şəki, Xızı, Sabirabad) cəmi 450 ədəd olmaqla fərdi evlərin tikintisi üzrə elan etdiyi tenderin qalibi də “MAC Construction” QSC olub və tərəflər arasında 29.323.213 AZN dəyərində müqavilə imzalanıb. Yəni 1 ev üçün ortalama 65 162 manat.

Qeyd edək ki, 2020-ci ildə dövlət qeydiyyatına alınan MMC-nin qanuni təmsilçisi Sultanov Rəşad Mübariz oğludur. MMC-nin nizamnamə kapitalı isə 2010 manatdır.

Şirkətin qanuni təmsilçisi haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.

Onu da əlavə edək ki, “Mac Construction” QSC 2023-cü ildən bəri yalnız ƏƏSMN-in tenderlərində iştirak edib və yalnız bu nazirliyin tenderlərinin qalibi olub.

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://azpost.info
archiveBu xəbər 05 Aprel 2025 21:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri