Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun oktyabrın 14-də Azərbaycana 2 günlük rəsmi səfər edəcəyi bildirilir. Medianın yaydığı məlumata görə, səfər proqramı çərçivəsində regional sülh və təhlükəsizlik, ölkələrimiz arasında faydalı dialoq və iqtisadi-humanitar əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Hesab edirəm ki, İsrail Prezidentinin planlaşdırılan səfəri olduqca bu baxımdan mühüm ictimai-siyasi hadisədir və tarixi səfər kimi qiymətləndirilə bilər.
Azərbaycan-İsrail münasibətləri strateji xarakter daşıyır. Son dövrlər regionda baş verən mühüm siyasi proseslər yaxın dost və strateji tərəfdaş ölkələr olan Azərbaycan və İsrail münasibətlərində də yeni reallıqların yaranmasını meydana çıxarıb.
Bu səfər həm də regionda geosiyasi proseslərin inkişafında və sülh təşəbbüslərinin dinamikliyinin artırılmasında yeni imkanlar kimi səciyyələndirilə bilər.
Səfər iki ölkə arasında siyasi, iqtisadi, hərbi-texniki sahələrdə yeni əməkdaşlıq üçün də perspektivlər açır, Azərbaycan-İsrail strateji müttəfiqliyinə dərin zəmin yaradır.
Yeri gəlmişkən, İsrail Səfirliyi tərəfindən Azərbaycan-İsrail əlaqələrindən bəhs edən “Dostumuz, müttəfiqimiz” adlı kitabım ibrit dilində çapa hazırlanır və yaxın günlərdə işıq üzü görəcək.
Kitabda Azərbaycan və İsrail arasındakı tarixi dostluq əlaqələrinə, yәhudi vә Azәrbaycan xalqları arasında әnәnәvi tarixi və mәdәni köklәrә әsaslanan sarsılmaz dostluq vә qardaşlığa, iki ölkәnin ictimai-siyasi, iqtisadi-sosial, elmi-humanitar münasibətlərinin müasir vəziyyətinə diqqәt yetirilib.
Mən bunu Azərbaycan və Yəhudi xalqları arasında möhkəm dostluq münasibətlərinə verilən yüksək dəyərin nümunəsi kimi qiymətləndirirəm.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor