Dostumuz, müttəfiqimiz
Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun oktyabrın 14-də Azərbaycana 2 günlük rəsmi səfər edəcəyi bildirilir. Medianın yaydığı məlumata görə, səfər proqramı çərçivəsində regional sülh və təhlükəsizlik, ölkələrimiz arasında faydalı dialoq və iqtisadi-humanitar əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Hesab edirəm ki, İsrail Prezidentinin planlaşdırılan səfəri olduqca bu baxımdan mühüm ictimai-siyasi hadisədir və tarixi səfər kimi qiymətləndirilə bilər.
Azərbaycan-İsrail münasibətləri strateji xarakter daşıyır. Son dövrlər regionda baş verən mühüm siyasi proseslər yaxın dost və strateji tərəfdaş ölkələr olan Azərbaycan və İsrail münasibətlərində də yeni reallıqların yaranmasını meydana çıxarıb.
Bu səfər həm də regionda geosiyasi proseslərin inkişafında və sülh təşəbbüslərinin dinamikliyinin artırılmasında yeni imkanlar kimi səciyyələndirilə bilər.
Səfər iki ölkə arasında siyasi, iqtisadi, hərbi-texniki sahələrdə yeni əməkdaşlıq üçün də perspektivlər açır, Azərbaycan-İsrail strateji müttəfiqliyinə dərin zəmin yaradır.
Yeri gəlmişkən, İsrail Səfirliyi tərəfindən Azərbaycan-İsrail əlaqələrindən bəhs edən “Dostumuz, müttəfiqimiz” adlı kitabım ibrit dilində çapa hazırlanır və yaxın günlərdə işıq üzü görəcək.
Kitabda Azərbaycan və İsrail arasındakı tarixi dostluq əlaqələrinə, yәhudi vә Azәrbaycan xalqları arasında әnәnәvi tarixi və mәdәni köklәrә әsaslanan sarsılmaz dostluq vә qardaşlığa, iki ölkәnin ictimai-siyasi, iqtisadi-sosial, elmi-humanitar münasibətlərinin müasir vəziyyətinə diqqәt yetirilib.
Mən bunu Azərbaycan və Yəhudi xalqları arasında möhkəm dostluq münasibətlərinə verilən yüksək dəyərin nümunəsi kimi qiymətləndirirəm.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Bu mövzuda digər xəbərlər:“Dostumuz, müttəfiqimiz” ivrit dilində təqdim olundu Fotolar
07 May 2025 10:13
Vaqif Abdullayevin “Dostumuz, müttəfiqimiz” kitabının təqdimatı keçirildi VİDEO
06 May 2025 20:14
Vaqif Abdullayevin “Dostumuz, müttəfiqimiz” kitabının təqdimatı keçirilib FOTO/VİDEO
07 May 2025 12:45
Cevdet Yılmaz: Can Azərbaycan vacib dostumuz və müttəfiqimiz olan ölkədir
22 Dekabr 2025 13:44
Gündəlik “qulaq dostumuz”
13 Fevral 2026 09:41
Baxış sayı:94
Bu xəbər 13 Oktyabr 2026 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















