Bizimyol saytına istinadən Icma.az xəbər verir. Yəqin, fikir vermisiniz, çürük meyvəni saf meyvənin yanında saxlayanda saf meyvə də tezliklə
İnsanlar da belədir, məncə. Ətrafın necədirsə, qısa bir zamanda sən də ətrafına bənzəməyə başlayırsan.
Kimin ətrafı nədirsə, o insan da elə ətrafı kimidir. Atalar boşuna deməyib ki, “dostunu göstər, deyim kimsən”...
Bu mövzuya psixoloq Nura Cəfərzadə ilə aydınlıq gətirdik. Nura Cəfərzadə Bizimyol.info xəbər portalının bu mövzuda suallarını cavabladı.
Nura Cəfərzadə- Çoxları deyir ki, insan ətrafındakı insanlara bənzəyir.
Belə bir deyim də var: “İmkanlı ilə bir olan imkanlı, xəsis ilə bir olan xəsis olar”. Bu fikrin psixoloji əsası varmı?
- Bəli, bu deyim sadə səslənsə də, arxasında dərin psixoloji həqiqətlər dayanır.
İnsan sosial bir varlıqdır və daim başqaları ilə təmasda olaraq öyrənir, dəyişir. Psixologiyada buna “sosial təsir” deyirik.