Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Dostunu göstər, deyim kimsən ... İnsan çevrəsindəkilərindən təsirlənir, zaman keçdikcə onlara oxşayır

Dostunu göstər, deyim kimsən ... İnsan çevrəsindəkilərindən təsirlənir, zaman keçdikcə onlara oxşayır

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Yəqin, fikir vermisiniz, çürük meyvəni saf meyvənin yanında saxlayanda saf meyvə də tezliklə çürüyür. İnsanlar da belədir, məncə. Ətrafın necədirsə, qısa bir zamanda sən də ətrafına bənzəməyə başlayırsan. Kimin ətrafı nədirsə, o insan da elə ətrafı kimidir. Atalar boşuna deməyib ki, “dostunu göstər, deyim kimsən”...

Bu mövzuya psixoloq Nura Cəfərzadə ilə aydınlıq gətirdik. Nura Cəfərzadə Bizimyol.info xəbər portalının bu mövzuda suallarını cavabladı.

Nura Cəfərzadə

- Çoxları deyir ki, insan ətrafındakı insanlara bənzəyir. Belə bir deyim də var: “İmkanlı ilə bir olan imkanlı, xəsis ilə bir olan xəsis olar”. Bu fikrin psixoloji əsası varmı?

- Bəli, bu deyim sadə səslənsə də, arxasında dərin psixoloji həqiqətlər dayanır. İnsan sosial bir varlıqdır və daim başqaları ilə təmasda olaraq öyrənir, dəyişir. Psixologiyada buna “sosial təsir” deyirik. İnsanlar ətrafındakı davranışları, duyğuları və hətta dəyərləri özü də hiss etmədən mənimsəyə bilər. Məsələn, daim gileylənən insanlarla olan birisi bir müddət sonra özü də həyatdan şikayət etməyə başlayır. Yaradıcı və pozitiv insanlarla birlikdə olan biri, onların enerjisindən ilham alaraq daha məhsuldar ola bilər.

- Bəs bu təsir yalnız fiziki ətrafla mı məhdudlaşır? Bugünkü dünyada sosial şəbəkələrin rolu nə qədərdir?

- Çox önəmli sualdır. Artıq insanların təsirləndiyi çevrə təkcə real həyatda fiziki olaraq yanında olanlar deyil. İnsan saatlarla telefonda, sosial şəbəkələrdə vaxt keçirir və izlədiyi insanların həyatına bəzən doğmalarından daha çox bağlanır. Bu, son illərin ən ciddi sosial-psixoloji dəyişikliklərindən biridir. Biz birbaşa tanımadığımız insanları sanki “evimizin içindəki” tanışlara çeviririk. Onların necə yaşadığını izləyir, geyim tərzini, ev dekorunu, münasibət anlayışlarını görürük və bu nümunələri öz həyatımıza uyğunlaşdırmağa çalışırıq.

- İnsanlar sosial şəbəkədə gördükləri həyatlara bənzəməyə başlayır?

- Tam olaraq. Sosial şəbəkələr artıq həyat standartlarını formalaşdıran bir gücə çevrilib. İnsanlar “nə lazımdır?” deyə düşünmək yerinə “İnstaqram üçün nə gözəl görünər?” deyə düşünməyə başlayıb. Bu da insanlarda daxili narazılığa, öz həyatından məmnun qalmamağa və daimi müqayisəyə yol açır. Çünki izlədikləri həyat çox vaxt real deyil – süni, filtrlənmiş və seçilmiş anların məhsuludur. Amma insan beyni bu görüntüləri “həqiqi həyat” kimi qəbul edir və nəticədə reallıqla fantaziya arasında balans pozulur.

- Bu sosial təsirin psixoloji nəticələri nələr ola bilər?

- Bir neçə vacib nəticəni qeyd edə bilərəm: İnsan öz dəyərini sosial mediada gördüyü “nümunələrlə” müqayisə etməyə başlayır. Bu da özgüvənin azalmasına və depressiv hisslərin artmasına gətirib çıxara bilər. Maddi və emosional tükənmişlik yaşanır, çünki insanlar real güclərini aşaraq başqalarına bənzəməyə çalışırlar. Ən təhlükəlisi odur ki, insanlar artıq öz daxili səsini eşitmir, çünki xaricdən gələn səslər (trendlər, təsdiqlər, paylaşımlar) daha çox yer tutur.

- Bəs insan bu təsirdən necə qoruna bilər?

- İlk addım fərqində olmaqdır. İzlədiklərimizin və münasibətdə olduğumuz insanların bizə nə verdiyini, bizi necə təsirləndirdiyini analiz etmək lazımdır. Öz həyat məqsədlərimizi, dəyərlərimizi müəyyənləşdirməliyik. Əgər nə istədiyimizi bilmiriksə, başqalarının istəklərinə bənzəməyə çalışırıq. Bu da bizi öz həyat yolumuzdan uzaqlaşdırır.

Son olaraq onudeyə bilərəm ki,insan bir qədər də ətrafının ortalamasıdır. Bu gün o “ətraf” həm real həyatda, həm də virtual dünyada formalaşır. Ona görə kimləri izlədiyimizə, kimlərlə vaxt keçirdiyimizə diqqət yetirmək – təkcə sosial dairəmizi deyil, daxili dünyamızı da formalaşdırır. Gerçək dəyərlər başqalarının həyatında deyil, öz yolumuzu dürüst və şüurlu şəkildə yaşamaqda gizlidir.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 29 May 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see285

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see277

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see217

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see216

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see213

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see205

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see199

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see190

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see189

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see178

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see163

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see158

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see155

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see155

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see153

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see153

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri