Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Masallı rayonunda 1990-cı il təvəllüdlü Elçin qısqanclıq zəminində mübahisə zamanı həmkəndlisi Qasımı (adlar şərti verilib – red.) öldürüb.Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, o, əmisi qızı Baharla Qasımın qeyri-rəsmi münasibətdə olduğunu eşidib və onu öldürmək qərarına gəlib.Elçin dostu və bacısının keçmiş həyat yoldaşı Cavidin qardaşı oğlu Asimin köməyindən də istifadə edib.
Birgə plana əsasən o, ötən il mayın 20-də saat 18 radələrində Qasımı çay içmək adı ilə aldadıb və yaşadığı evdən çıxarıb.
Asimə məxsus olan və özünün idarə etdiyi “Nissan Note” markalı maşınla Qasımı yeməkxanaya aparıb.
Orada birlikdə çay içib söhbət edərkən mobil telefon vasitəsi ilə Asimə məlumat verib.Asim saat 19:30-da “Vinçester” tipli odlu ov silahı ilə qeyd edilən ünvana gətirib.
Qasıma atəş açıb və onu qətlə yetirib.İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməyən, ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş Asimdən istifadə etməklə xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla zərərçəkmiş şəxsi qətlə yetirib.İstintaq orqanı tərəfindən Elçinin barəsində Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham elan edilib.“Bahar ailə qurandan sonra da sevgili qalıblar”İş üzrə ifadə verən təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilməyib.
İfadəsində göstərib ki, Qasımla onun uzaq qohumluq münasibəti olub: “Əmim qızı Bahar Asimin əmisi Cavidin həyat yoldaşı olub.
Onlar iki il bundan əvvəl boşanıblar.Qasım 2013-cü ildə Rusiyaya gedib və bir müddət orada yaşayıb.